Separatçı David Babayan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Dalidag.az konkret.az-a istinadla xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Nikol Paşinyanın Qarabağ bağlı son çıxışı separatçıları çox qəzəbləndirib. Hətta o dərəcədə qəzəbləndirib ki, onlar artıq “Ermənistana birləşmək yox, ayrıca respublika olmaq istəyirlər”.
Nikol Paşinyanın “azərbaycanpərəst” bəyanatından sonra “Arsax Milli Assambleyası” bəyanat vermək üçün növbədənkənar sessiya çağırıb.
Dünən gecə “Arsax XİN rəhbəri” David Babayan absurd və gülünc çıxış edib. Həmin çıxışdan sitat:
“Arsax Respublikasının sakinləri öz gələcəyinə münasibətini, Azərbaycan-Qarabağ münaqişəsinin həllinə dair prinsip və yanaşmalarını dəyişməyib. Gələcəyimizi özümüz və yalnız özümüz qərar verəcəyik. Bizim yanaşmamız belədir: biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Bu, birincisi. İkincisi, hazırda Azərbaycanın işğalı altında olan tarixi ərazilərimizdən heç vaxt imtina etməyəcəyik. Status məsələsi danışıqlar prosesinin əsas mövzularından biri olub, olub və olacaq. Bu məsələ heç vaxt danışıqlar prosesindən kənarda qalmayıb və daim gündəmdə olmalıdır”.
Separatçı Babayan xoruzlanmaqda davam edərək deyib:
“Dağlıq Qarabağ Muxtar Vilayətindən danışarkən biz onun siyasi və hüquqi irsindən heç vaxt imtina etməmişik. Üstəlik, biz bu keçmişi heç vaxt inkar etməmişik və ya qaralamamışıq. Lakin DQMV xalqımız və dövlətçiliyimiz üçün artıq keçmiş mərhələdir. DQMV təkamül yolu ilə mövcudluğunu dayandırdı, Dağlıq Qarabağ Respublikasına və ya Arsax Respublikasına çevrilərək, keçmiş DQMV-ni Şaumyan bölgəsində və Getaşen subregionunda birləşdirdi.
Bu, 1991-ci il sentyabrın 2-də Arsax Respublikasının elan edilməsi ilə baş verdi və həmin il dekabrın 10-da Atsax xalqı ümumxalq referendumunda öz iradəsini təsdiqlədi. Bundan əlavə, Arsaxda başqa referendumlar da keçirildi: 2006-cı il konstitusiya referendumu, 2017-ci ilin ikinci konstitusiya referendumu. Arsax xalqı bir daha müstəqil dövlətçiliyi inkişaf etdirmək əzmini vurğuladı.
Ona görə də DQMV-nin xatırlanması, DQMV termininin danışıqlar prosesinə, Azərbaycan-Qarabağ münaqişəsinin həlli prosesinə daxil edilməsi cəhdləri, Arsaxın gələcəyi kimi dövlətçilik modelinin nəzərdən keçirilməsi bizim üçün qəti şəkildə qəbuledilməzdir. Müxtəlif səbəblərdən. Dediyim kimi, bu, keçmiş mərhələdir.
Bu keçmiş mərhələnin dirçəlişi Arsax Respublikasının legitimliyinə, onun formalaşmasına və mövcudluğuna zərbə vurur. Bu, həm də Arsaxın ərazi bütövlüyünü pozur, ərazisi heç bir şəkildə keçmiş DQMV-nin sərhədləri ilə üst-üstə düşmür”.
Babayan Ermənistana və ermənilərə güvənmir, rusun özü demişkən, “pryamoy” ruslara güvənir. Yoxsa onun belə qaqqıldamağa cəsarəti çatmazdı. Azərbaycanlı qaçqınlar üçün sayıqlamalarını da təqdim edirik ki, görün bunlar nə dərəcədə insani şüurdan, ağıldan məhrumdurlar.
“Azərbaycan qaçqınlarına və Arsaxın erməni birləşməsinə gəlincə, bu fikir Azərbaycan tərəfi tərəfindən daim təkrarlanır, yeganə fərq odur ki, bizi yeni gələnlər kimi təqdim edirlər.
Xüsusilə qeyd etmək istəyirəm ki, erməni əhali Bakıya, Kirovabad, Sumqayıt və s.-ə qayıtmadan azərbaycanlı qaçqınların DQR-dəki keçmiş yaşayış yerlərinə qayıtması mümkün deyil”, – deyə sərsəmləyib.
Xatırladaq ki, dekabrın 24-də onlayn mətbuat konfransı zamanı Nikol Paşinyan növbəti dəfə Türkiyə və Azərbaycanla münasibətlərə dair bir sıra açıqlamalar verib. “Arsax rəhbərliyi” bu açıqlamalara “qəzəbli reaksiyalarını” bildirmək üçün dekabrın 27-də saat 11:00-da “növbədənkənar sessiya” çağırıb.
Əldə etdiyimiz bəzi məlumatlara görə, “Arsax parlamenti Ermənistandan ayrı müstəqillik” elan etməyə hazırlaşır. Və öz “valyutalarına – norik”ə keçəcəklərini də elan edəcəklər.
Bu yerdə ataların gözəl bir məsəli var: “Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər”.
Reklam
"Arsax Azərbaycanın bir hissəsi olmayacaq, azərbaycanlılar torpaqlarına elə-belə qayıda bilməz" - Babayandan SƏRSƏMLƏMƏ
26-12-2021 16:20
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 26-12-2021 16:20
Baxış sayı: 4634
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23