Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nəbilər kəndindən videogörüntülər yayıb. Dalidag.az həmim görüntüləri təqdim edir:

Erməni mediası yeni müharibənin başlayacağını yazır. Dalidag.az -ın xəbərinə görə, məşhur erməni nəşri “Hraparak” yazır ki, siyasi dairələrdə əmindirlər ki, son günlər Ermənistan-Azərbaycan sərhədində yaranan gərginliyin səbəbi “Zəngəzur dəhlizi”nin açılmasına nail olmaq cəhdləridir. Nəşr iddia edir ki, “Zəngəzur dəhlizi” açılması reallaşmasa yaxın günlərdə müharibə başlayacaq. “Noyabrın 26-da Soçidə üçtərəfli bəyanatdan sonra hakimiyyət “dəhliz” olmayacağını bəyan etsə də, delimitasiya və

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib. Dalidag.az həmin icmalın videosunu diqqətinizə çatdırır.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib. Dalidag.az xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib. Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada mühafizəçi və it olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma

Xocavənddə daha bir erməni hərbçinin qalıqları aşkar olunub. Dalidag.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək. Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1704 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib. Qərarda aşağıdakılar müəyyən edilib: 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir. Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu

Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır. Allah rəhmət eləsin! Dalidag.az

Rəhman Verdiyev Həyatıma şirinlik qatan məqamlardan biri də bu olub ki, dostlarım arasında özümdən yaşlı insanlar da az olmayıb. Peşəsindən və sənətindən asılı olmayaraq bu dostluq körpüsünün özülündə isə çox vaxt sözə-saza bağlılıq, yurd sevgisi kimi mübhəm hisslər dayanıb. Belə unudulmaz insanlardan biri də bu yaxınlarda dünyasını dəyişmiş gözəl alim, incə duyğulu şair, hər şeydən öncə isə müdrik ağsaqqal idi. Yaxşı xatırlayıram ki mən hələ uşaq olanda böyüklərimiz bir soyadı hər zaman böyük

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun
Yazı axını