Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb. Dalidag.az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bildirdiyinə görə, bu tutulma tam Günəş tutulmasıdır. Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq. Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind

İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. Dalidag.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. Nazir bildirib ki, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb. Dalidag.az xəbər verir ki, "Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub. Dekabrın 3-də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər. Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar. Diplomat tviter səhifəsində təyyarə ilə bağlı paylaşım edib. "Bu gün

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. MN-dən verilən xəbərə görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq

Baş nazir Nikol Paşinyandan tutmuş xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Ermənistan xalqı əmin edilirdi ki, bu, heç söhbət mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcəkdir - bu, artıq dəqiqdir! Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” və “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri III oxunuşda müzakirəyə çıxarılıb. Dalidag.az xəbər verir ki, qanun layihələrinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Dalidag.az

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə 1 dekabr 2021-ci il tarixində Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu

Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Qaraheybət aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən mayor Murad Məmmədov qızı vida mərasimdən sonra təəssüratlarını rəsm çəkməklə ifadə edib. Birinci sinifdə oxuyan qız şəhid atasının tabutda şəklini çəkib. Ürəkdağlayıcı şəkilin sosial şəbəkələrdə yayılması hər kəsi kövrəldib. Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub,

Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbdə tədris və təlim-tərbiyə prosesinin gedişatını izləyib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər davam edir. Dalidag.az
Yazı axını
 
 
 
29 / 04 / 2024