Ermənistan mediası Azərbaycan Ordusunun 16 noyabrda ermənilərdən təmizlədiyi və Qızılcığa (İşxanasar) vizual nəzarət imkanı verən mövqedən geri çəkildiyini yazmışdı. İddianın mənbəyi Qızılcığ kənd icmasının başçısı Marat Petrosyan idi. Dalidag.az xəbər verir ki, “Hraparak” nəşri bu iddianı araşdırıb. Nəşr yazır ki, Sisianda hərbi hissədəki mənbələr məlumatı təsdiqləməyib: “Bildirdilər ki, Azərbaycan Ordusunun geri çəkildiyi təəssüratını yaradan hərəkətliyi ola bilər. Daha sonra Müdafiə

Ötən əsrin sovetlər dövründə yaşayan analarımız bir çox sahələrdə kişilərlə yanaşı, çiyin-çiyinə çalışıb, hətta onlardan da ağır əl əməyi ilə dolanmağa məcbur olublar. II Dünya müharibəsinin aclıq və səfalətlə dolu dəhşətli illəri onları çox ağır sınağa çəkdi. Lakin həyat eşqi, övladlarının xoş gələcəyi naminə onlar nişan üzüyünü belə ön cəbhəyə kömək etmək üçün əsirgəməyiblər. Belə ağbirçəklərimiz artıq barmaqla sayılır. O dövrlərdə ağır və dözülməz şəraitdə yaşamalarına baxmayaraq Azərbaycan

Müdafiə Nazirliyi Laçın rayonunun azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar. Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini

“Noyabrın 29-da baş verən Mi-17 helikopterinin qəzası ilə bağlı zəruri olan rəsmi açıqlamalar verilib. Bu səbəbi bəlli olmayan texniki qəzadır və hazırda təfərrüatlı araşdırılır”. Dalidag.az bildirir ki, bunu ölkə.az-a açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, bu bir texniki qəzadır və kənardan hər hansı müdaxilə olmayıb. “Təbii ki, gözlənilməyən və istənilməyən bir qəzadır və nəticədə şəhidlərimiz var. Düşünürəm ki, tez bir zamanda gerçək səbəblər araşdırılıb

İşğaldan azad olunmuş Laçın rayonunda Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Azərsu Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Dalidag.az xəbər verir ki, bu gün Laçın rayonunun 28 illik Ermənistanın işğalından azad edilməsinin bir ilinin tamam olduğu gündür. 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etmişdi. Azərbaycanın
Yazı axını