Reklam
Bakıya “İsgəndər” raketi atmaq əmrini kim verib? – Amerikalı analitik şok detalları açıqladı
29-01-2022 12:20
O xatırladıb ki, Ermənistanın strateji silah arsenalına Moskvanın nəzarət etdiyini xatırladıb. Yəni, ermənilər “İsgəndər-SS-26″i müstəqil şəkildə istifadə edə bilməzdilər: ”Ola bilsin rus komandanlıq iyerarxiyasında çox yüksək səviyyəli biri, bəlkə də elə Putinin özü hücuma “dobro” verib. Böyük ehtimalla, həmin şəxs hətta bunu etməyi ermənilərə əmr edib. Çox etibarlı mənbələrdən bizə məlumdur ki, raket atışı və ya atışları 8 və ya 9 noyabr 2020-ci ildə baş verib. Məlumdur ki, hərbi əməliyyatların dayandırılması haqqında bəyanat Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 2020-ci il noyabrın 9-da axşam saatlarında imzalanıb və 10 noyabr 2020-ci il tarixindən qüvvəyə minib. Yəni atış və ya atışlar müharibənin son saatlarında, Putin atəşkəsə vasitəçilik etdiyi vaxt baş verib. Bu, belə demək mümkünsə, Putinin danışıqlara “əsas töhfəsi” idi”.
Müəllifin fikrincə, döyüş meydanındakı vəziyyətin qısa təsviri onun motivlərini ortaya qoyur: “Azərbaycan ordusu təzəcə cəsarətli və uğurlu qəfil hücuma keçərək erməniləri Xankəndinə baxan strateji əhəmiyyətli Şuşa şəhərindən çıxarmışdı. Əməliyyat Azərbaycan hərbçilərinə ən qısa zamanda bütün erməni qüvvələrini Qarabağdan sıxışdırıb çıxarmağa imkan verirdi. Yəni azərbaycanlılar tam qələbəyə cəmi bir addım qalmışdılar. Məhz bu zaman Bakıya atəş açmaq əmri verildi. Əliyev, şübhəsiz ki, hər şeyi düzgün anladı və raket atışını Putinin təxminən belə bir mesajı kimi qəbul etdi: Ermənistan qoşunlarının Qarabağdan tamamilə çıxarılması Moskva üçün qırmızı xətdir, təcili atəşkəsdən imtina Rusiya tərəfindən böyük eskalasiyaya səbəb olar və bu eskalasiya paytaxt Bakıda Azərbaycanın mülki obyektlərinə, ölkənin neft-qaz infrastrukturuna hücumlarla nəticələnə bilər. Bu, hətta 2014-cü ildə Ukraynadakı kimi Qarabağdakı atəş xəttində qəfildən ”balaca yaşıl adamların” (rus hərbçilərin – red.) görünməsinə səbəb ola bilər”.
Dorana görə, məhz bu eskalasiya təhdidi “azərbaycanpərəst Putin” yarlığının yanlışlığını ortaya qoyur. Rusiya prezidenti, onun qeyd etdiyi kimi, şübhəsiz ki, Paşinyanı cəzalandırmaqdan həzz alırdı, lakin “Ermənistan baş nazirinə sillə vurmaq” onun strateji məqsədi deyildi.
“Putinin Azərbaycana bir o qədər də sevgisi yox idi. Onun yeganə məqsədi Rusiyanın Bakı ilə İrəvan arasında ”tarazlayıcı” statusunu saxlamaq idi. O, azərbaycanlıların qalib gəlməsinə imkan vermədi, çünki onların tam qələbəsi təkcə münaqişəyə deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı “imperiya” roluna tam və əbədilik son qoyardı”, – amerikalı siyasi icmalçı vurğulayıb…/minval.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 29-01-2022 12:20
Baxış sayı: 4270
Yazı axını
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
Ən çox oxunanlar