Ermənistanın Rusiyaya yeni təyin etdiyi səfir Vaqarşaq Arutyunyan Robert Köçəryanın prezident olduğu dönəmdə müdafiə naziri postunda olub. Səriştəsizliyi və məhz Rusiya ilə gizlin əlaqələri üzündən işdən azad olunub. İndi bu casusu səfir edib Moskvaya göndərən Nikol Paşinyanın ağlında yenə hansı məkrli plan olduğunu zaman göstərəcək. Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb. “Bu Vaqarşaq müdafiə naziri işlədiyi dövrdə çox ciddi səhvlər edib, işdən

KTMT-nin fövqəladə toplantısı başlayıb. Qazaxıstan Prezident Kasım-Jomart Tokayev çıxış edərək bildirib ki, ölkəsi genişmiqyaslı böhranla üzləşib. “Ria.ru”ya istinadən xəbər verir ki, Tokayev baş verənləri Qazaxıstanın müstəqillik tarixində ən pis böhran kimi dəyərləndirib. “Yanvarda bir neçə gün ərzində Qazaxıstan genişmiqyaslı böhrandan keçdi, bu, 30 illik müstəqillik tarixində ən çətin böhrana çevrildi”. O eyni zamanda baş verən hadisələrdə dəstək verdiyinə görə, Rusiya Prezidenti Vladimir

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib. Komandolar tərəfindən şərti

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb. Dalidag.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, işğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Belə

MDB-nin Kollektik Təhlükeəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri tərkibində Qazaxıstana göndərilmiş ermnəi hərbçilər artıq Almatıdadırlar. Ermənistan Qazaxıstana 100 hərbçi yollayıb və onların arasında 4 qadın da var. Rusiyanın "Russia Today" telekanalının rəhbəri, erməni Marqarita Simonyan bu xəbəri və habelə, Ermənistan Müdafiə Nazirliyinin Qazaxıstana yolladığı hərbçilərin Almatı hava limanında çəkilmiş fotolarını paylaşaraq yazıb: "KTMT kontingenti Almatıdadır. Hamısı gözəl,

Qazaxıstanda xoşumuza gəlməyən hadisələr oldu. Amma bizim üçün ən acınacaqlısı budur ki, Tokayev bu hadisəni öz imkanları ilə həll etmək əvəzinə, Rusiyadan kömək istədi. Bunu öz xalqına, dövlətinə xəyanət adlandırmaq olar. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Krım tatarlarının məşhur lideri Mustafa Əbdülcəmil Krımoğlu (Mustafa Cəmilov) Qazaxıstanda baş verən son hadisələr haqda danışarkən deyib. "Rusiyanı öz ölkənə çağırmaq nə deməkdir? Biz Rusiyanın bir ölkəyə girən zaman

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti

TƏRTƏR ÇAYI Qayaları gözəlliyin keşiyində dayanar, Çiçəkləri günəşin al rənginə boyanar, Nəğməsindən torpağın yatan bəxti oyanar, Bulud da zirvələrdən sallanıb öpər çayı, Məni məftun eyləyib yurdumun Tərtər çayı. Burda dadı başqadır sevincin də, qəmin də, Hay- həşirdi bayaqdan meşələrin bəmində, Ləpələr nə oxuyur yenə öz aləmində. Fərəh, sevinc bürüyüb qəmdən bixəbər çayı, Məni məftun eyləyib yurdumun Tərtər çayı. Nəğmələri şən ömrün, gözəl çağın davamı, Ceyran gözlü min suyun, min bulağın

“Mən əvvəlcə Ağdamdan, sonra isə Zəngilandan, Cəbrayıldan və digər irili-xırdalı Azərbaycan kəndlərindən geridə qalanları görəndə özümdən soruşdum: “Axı bu ərazilərdə necə döyüşlər gedib ki, bir dənə də olsun qapı və pəncərə, yaxud salamat ev qalmayıb? Ermənistan Ağdam və Zəngəlan istiqamətində hidrogen bombasından istifadə edib?” Dalidag.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri özünün sosial şəbəkə hesabında erməni müəllif Ruben Vartazaryan səsləndirib. Onun fikirləri nəinki

Şuşanın azad edilməsiylə Şuşa türməsi də azadlığa çıxdı. Bundan sonra məşhur həbsxananın tarixi abidə və ya yenidən türmə kimi fəaliyyət göstərəcəyi barədə danışmaq yəqin ki, hələ tezdir. Dəqiq olan budur ki, türmə divarlarının dərin bir nəfəsə ehtiyacı var… Çəkiliş apardığımız müddət ərzində də canlı şahidi olduq ki, bu cəzaçəkmə müəssisəsinin divarları çox qada, çox bəla görüb, çox işgəncələrə şahidlik edib. Azərbaycanlı əsirlərin – Şahbazın, Dilqəmin və digərlərinin, o cümlədən də
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024