Reklam
Əşrəf Veysəllidən gözəl ŞEİR: "Məni məftun eyləyib yurdumun Tərtər çayı" - VİDEO
08-01-2022 15:17
TƏRTƏR ÇAYI
Qayaları gözəlliyin keşiyində dayanar,
Çiçəkləri günəşin al rənginə boyanar,
Nəğməsindən torpağın yatan bəxti oyanar,
Bulud da zirvələrdən sallanıb öpər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Burda dadı başqadır sevincin də, qəmin də,
Hay- həşirdi bayaqdan meşələrin bəmində,
Ləpələr nə oxuyur yenə öz aləmində.
Fərəh, sevinc bürüyüb qəmdən bixəbər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Nəğmələri şən ömrün, gözəl çağın davamı,
Ceyran gözlü min suyun, min bulağın davamı,
Əyri qarın davamı, Dəlidağn davamı,
Yanımca yüyürməkdən bürüyübdür tər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Bu dağlar gözəlini dərələr əzizləyər,
Ləpələr bir- birini danışdırar, səsləyər,
Yaşıl- yaşıl nəğmələr kölgəsində bəsləyər,
Meşələr əlləriylə elə hey örtər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Zirvələrə gün düşüb, gədiklər dumanlıdır,
Hər daşının sinəsi nağıllı, dastanlıdır,
Aylı gecələrində dərə kəhkaşanlıdır.
Aman!- uçsa bircə daş sındırar, bölər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Möcüzənin, heyrətin özündən qopub düşüb,
Ağ çalmalı dağların gözündən qopub düşüb.
Bəlkə Aşıq Şəmşirin sazından qopub düşüb ,
Tarlalar gecə - gündüz əzbər öyrənər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Sirli bulaqlarıyla bir loğmandır vətənim,
Bu srlərin sirrini gedib kimdən öyrənim.
Bir daş verin, yapışım, qaya verin, söykənim,-
Çox çaylardan keçmişəm, sevməmişəm hər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Baxdım sonuncu ulduz göy üzündə sönüncə,
Xəyalım zirvələrdən ormanlara enincə.
Gümüş - gümüş ləpələr ağ zanbağa dönüncə
Pambıq düzənlikləri gözünə təpər çayı,
Məni məftun eyləyib yurdumun Tərtər çayı.
Yalçın - yalçın qayalar musıqi çələngidir,
Qəhrəmanlıq marşıdır - heyratıdır, cəngidir.
Ha deyirəm tez gedim, dağlar tutub ləngidir,
Kaş sıxaydım köksümə bu sinədəftər çayı,
Məni Məcnun eyləyib yurdumyn Tərtər çayı.
Bağışlasın qanunlar,- sabah işə geciksəm,
Gözəlliklər toruna düşə - düşə geciksəm.
İşdir- ya bir məclisə, ya görüşə geciksəm,
Bilin,- seyrə dalmışam daşları mərmər çayı,
Məni Məcnun eyləyib yurdumun Tərtər çayı.
Qopub gələ bilmirəm kəkliklərin səsindən,
Yaşıl ormanlarının təbəssüm meşəsindən.
Eh, Əşrəfin ürəyi uçub öz sinəsindən,
Qalır ki, qucaqlasın ulduzları zər çayı,
Məni Məcnun eyləyib yurdumun Tərtər çayı.
Əşrəf Veysəlli
Dalidag.az
Məni Məcnun eyləyib yurdumun Tərtər çayı - VİDEO
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-01-2022 15:17
Baxış sayı: 3433
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23