Ermənistanın Rusiyaya yeni təyin etdiyi səfir Vaqarşaq Arutyunyan Robert Köçəryanın prezident olduğu dönəmdə müdafiə naziri postunda olub. Səriştəsizliyi və məhz Rusiya ilə gizlin əlaqələri üzündən işdən azad olunub. İndi bu casusu səfir edib Moskvaya göndərən Nikol Paşinyanın ağlında yenə hansı məkrli plan olduğunu zaman göstərəcək.
Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.
“Bu Vaqarşaq müdafiə naziri işlədiyi dövrdə çox ciddi səhvlər edib, işdən kənarlaşdırıldıqda isə Rusiya generallarının ayaqları altına uzanıb. Onu Ermənistanda cinayətdə iddiham edə bilərdilər. Keçmiş nazir bu səbəbdən Rusiyanın ayaqları altına sərilmişdir. İndi, uzun zaman keçdikdən sonra bu saxtakar Rusiyaya səfir qismində təyinat alır. Qəribədir…
Qəribə hadisələr bir neçə il öncə start götürüb. Əvvəlcə Nikol Arutyunyanı yanına çəkir, onu özünün hərbi məsələlər üzrə müşavir edir, sonradan Vaqarşaqa yenidən müdafiə naziri kürsüsünə əyləşmək təklif olunur. Artıq bir dəfə səriştəsizlik, saxtakarlıq və casusluq ucbatından Ermənistandan qaçan adamın hansı səbəbdən yenidən nazir postuna qaldırılması ciddi suallar yaradır”, – deyə erməni ekspert qeyd edib./axar.az
Reklam
Paşinyan niyə casus Arutyunyanı Rusiyaya göndərdi? - Arşakyan
10-01-2022 13:46

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-01-2022 13:46
Baxış sayı: 4330Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























