Ermənistan Qazaxıstana arvad hərbçilər də göndərib - ŞƏKİL

09-01-2022 12:38


MDB-nin Kollektik Təhlükeəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri tərkibində Qazaxıstana göndərilmiş ermnəi hərbçilər artıq Almatıdadırlar.
Ermənistan Qazaxıstana 100 hərbçi yollayıb və onların arasında 4 qadın da var.
Rusiyanın "Russia Today" telekanalının rəhbəri, erməni Marqarita Simonyan bu xəbəri və habelə, Ermənistan Müdafiə Nazirliyinin Qazaxıstana yolladığı hərbçilərin Almatı hava limanında çəkilmiş fotolarını paylaşaraq yazıb:
"KTMT kontingenti Almatıdadır. Hamısı gözəl, səliqəlidir. Maraqlıdır ki, sırada qadınlar da var ki, bu qeyri-standart olsa da, xoşdur".
Hazırda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının katibi olan Ermənistanınn baş naziri Nikol Paşiyanın dediyinə görə, o, erməni hərbçilərin Almatıya göndərilməsi ilə bağlı qərarı Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin KTMT-yə yardımla bağlı müraciətindən sonra qəbul edib.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstana "vəziyyətin stabilləşməsi və normallaşması üçün məhdud müddətə yolladığı kollektiv sülhməramlı qüvvələr"in tərkibində Rusiya, Belarus, Qırığızıstan, Tacikistan və Ermənistan hərbçiləri var.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, KTMT sülhməramlılarına "silahlı ekstremistlərə və terrorçulara xəbərdarlıq etmədən atəş açmaq hüququ verilib".
KTMT bəyan edib ki, Qazaxıstanda yerləşdirilən qüvvələrinin əsas məqsədi "mühüm dövlət və hərbi obyektlərin mühafihəsi, ölkədə vəziyyətin stabilləşməsi məqsədilə Qazaxıstanın hüquq-mühafizə orqanlarına yardım göstərmək"dir.
Ermənistan Qazaxıstana 100 hərbçi yollayıb.
44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğramış Ermənistan Qazaxıstana hərbçilər yollamaqla qazaxların nifrətinə səbəb ola bilər və olacaq da.
Hətta erməni siyasi analitiklər və hərhçilər də bunu etiraf edirlər.
Şərqşünas, siyasi analitik Sergey Melkonyanın fikrincə, Qazaxıstandakı etiraz aksiyalarının zor gücünə yatırılmasında Ermənistanın iştirakı bu ölkədə Ermənistana və ermənilərə aqressiv yanaşmaya səbəb olacaq.
"Üç il əvvəl Qazaxıstanda qazaxlarla ermənilər arasında milli zəmində münaqişə olmuşdu. Kimsəyə sirr deyil ki, Qazaxıstanın siyasi, iqtisadi və hakimiyyət dairələrində Azərbaycana rəğbət yox böyükdür. Qazaxıstanla Azərbaycan strateji tərəfdaşlardır. Qazaxlarda isə ermənilərə rəğbət yoxdur və erməni hərbçilərin KTMT qüvvələri tərkibində ölkə şəhərlərində olması bu hissləri daha da kəskinləşdirəcək", - S.Melkonyan deyib.milli.az


Dalidag.az



Kateqoriya: Karusel
Tarix: 09-01-2022 12:38
Baxış sayı: 4251
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını