Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan

Alim öldü aləm öldü. Bu sözlər 1400 il bundan öncə müqəddəslərimizin dilindən, ibrət kimi bizlərə yadigar qalmış və zaman keçdikcə öz mahiyyətini daha da məntiqli etmişdir. Azərbaycan Elminə və Tibb ictimaiətinə ağır itki üz vermişdir. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, həkim-kardioloq dəyərli insan, dəyərli həkim Tarıverdi Hüseynov vəfat etmişdir. Hörmətli alim Tarıverdi Hüseynov 1943- cü ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. Onun apardığı elmi

General-mayor Andrey Volkov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə rəhbərlik edəcək. Dalidag.az xəbər verir ki, bu barədə Xankəndidən SputnikArmenia-ya bildiriblər. Komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, . Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlılar komandirinin müavini olub. İndi Volkov Cənub Hərbi Dairəsinin NKHBZ qoşunlarının rəisidir və Dağlıq Qarabağa

Döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib. Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında
Yazı axını