Ermənistanın Rusiyaya yeni təyin etdiyi səfir Vaqarşaq Arutyunyan Robert Köçəryanın prezident olduğu dönəmdə müdafiə naziri postunda olub. Səriştəsizliyi və məhz Rusiya ilə gizlin əlaqələri üzündən işdən azad olunub. İndi bu casusu səfir edib Moskvaya göndərən Nikol Paşinyanın ağlında yenə hansı məkrli plan olduğunu zaman göstərəcək. Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb. “Bu Vaqarşaq müdafiə naziri işlədiyi dövrdə çox ciddi səhvlər edib, işdən

KTMT-nin fövqəladə toplantısı başlayıb. Qazaxıstan Prezident Kasım-Jomart Tokayev çıxış edərək bildirib ki, ölkəsi genişmiqyaslı böhranla üzləşib. “Ria.ru”ya istinadən xəbər verir ki, Tokayev baş verənləri Qazaxıstanın müstəqillik tarixində ən pis böhran kimi dəyərləndirib. “Yanvarda bir neçə gün ərzində Qazaxıstan genişmiqyaslı böhrandan keçdi, bu, 30 illik müstəqillik tarixində ən çətin böhrana çevrildi”. O eyni zamanda baş verən hadisələrdə dəstək verdiyinə görə, Rusiya Prezidenti Vladimir

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib. Komandolar tərəfindən şərti

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb. Dalidag.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, işğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Belə
Yazı axını