Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında erməni jurnalist rusiyalı nazirə Azərbaycan və Türkiyə ilə bağlı təxribat xarakterli sual ünvanlayıb. Erməni jurnalist Ankara və Bakıdan Qazaxıstandakı KTMT sülhməramlıları ilə bağlı qəzəbli açıqlamalar verildiyini iddia edib. Üstəlik o, Kəlbəcər istiqamətindəki erməni təxribatında günahı Azərbaycan tərəfinin üzərinə ataraq bu hadisəni iddia etdiyi açıqlamalarla əlaqələndirməyə çalışıb. Rusiya XİN rəhbərinin cavabı isə

Kollektiv Təhlükəsizlik Mmüqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk ediblər. Dalidag.az hit.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana

Hadrutda zirzəmidə azərbaycanlıların qəbir daşları tapılıb. Dalidag.az xəbər verir ki, bu barədə görüntüləri AzTV yayımlayıb. “Hadrut işğal altında olan zaman ermənilər azərbaycanlıların qəbir daşlarını söküblər, məzarlarını dağıdıblar. Qəbir daşlarınının bəziləri zirzəmilərə yığılıb. Hadrut əməliyyatı zamanı Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə ərazi azad olundu. Qəfil hücum zamanı ermənilər taladıqları qəbir daşlarını apara bilməyib”, - məlumatda deyilir.

Daha bir kəlbəcərli ana itirdik. 28 ilə yaxın düşmən tapdağında inləyən yurdun həsrətini çəkən, bu ağrı, bu göynəklə yaşayan bir ana. Azadlığına qovuşmuş yurda dönmək yanğısı ilə günləri sayan ana. Nə yazıq ki, amansız ölüm ürəyi Kəlbəcər həsrəti ilə döyünən Fəhruz ananı da haqladı. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayonu, Qılınclı kənd sakini Fəhruz Nəcəfova vəfat edib. Qeyd edək ki, Fəhruz Nəcəfova 1975-1985-ci illərdə IX və X çağırış Azərbaycan SSR-in deputatı olub. 2-ci və 3-cü dərəcəli

Papa Fransisk növbəti dəfə protokol qaydalarını pozaraq Vatikanı tərk edib. Papa bu dəfə Romanın mərkəzindəki disk mağazasına baş çəkib. Qeyri-adi səfər Müqəddəs Taxt-Tacın mətbuat xidmətində akkreditə olunmuş jurnalistlərdən birinin sayəsində təsadüfən məlum olub. O təsadüfən yaxınlıqda olub və gördüklərini çəkə bilib. Adi ağ “Fiat 500” markalı avtomobillə mağazaya gələn pontifik orada təxminən 15 dəqiqə olub. Mağaza sahibləri deyib ki, Papa taxta seçilməzdən əvvəl onların müştərisi olub və

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan

Alim öldü aləm öldü. Bu sözlər 1400 il bundan öncə müqəddəslərimizin dilindən, ibrət kimi bizlərə yadigar qalmış və zaman keçdikcə öz mahiyyətini daha da məntiqli etmişdir. Azərbaycan Elminə və Tibb ictimaiətinə ağır itki üz vermişdir. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, həkim-kardioloq dəyərli insan, dəyərli həkim Tarıverdi Hüseynov vəfat etmişdir. Hörmətli alim Tarıverdi Hüseynov 1943- cü ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. Onun apardığı elmi

General-mayor Andrey Volkov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə rəhbərlik edəcək. Dalidag.az xəbər verir ki, bu barədə Xankəndidən SputnikArmenia-ya bildiriblər. Komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, . Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlılar komandirinin müavini olub. İndi Volkov Cənub Hərbi Dairəsinin NKHBZ qoşunlarının rəisidir və Dağlıq Qarabağa

Döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib. Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024