Reklam
Roma Papası heç kəsə demədən Vatikandan çıxdı
12-01-2022 10:57

Papa Fransisk növbəti dəfə protokol qaydalarını pozaraq Vatikanı tərk edib.
Papa bu dəfə Romanın mərkəzindəki disk mağazasına baş çəkib.
Qeyri-adi səfər Müqəddəs Taxt-Tacın mətbuat xidmətində akkreditə olunmuş jurnalistlərdən birinin sayəsində təsadüfən məlum olub. O təsadüfən yaxınlıqda olub və gördüklərini çəkə bilib.
Adi ağ “Fiat 500” markalı avtomobillə mağazaya gələn pontifik orada təxminən 15 dəqiqə olub. Mağaza sahibləri deyib ki, Papa taxta seçilməzdən əvvəl onların müştərisi olub və Romada yaşayarkən onlardan disk almağa gəlirmiş. Papa mağazaya baş çəkməyə söz verdiyindən bunu gerçəkləşdirib. Mağaza sahibləri Fransiskə klassik musiqi yazısı olan disk hədiyyə ediblər.
Qeyd edək ki, Fransisk ilk dəfə deyil ki, Roma küçələrində görünür və onun hər gözlənilməz çıxışı diqqəti cəlb edir. Sonuncu belə halların birində o, şəxsən Romanın mərkəzindəki optika mağazasına yeni eynək almağa gedib. Ümumiyyətlə, Papa Fransiskin şəxsi alış-veriş və ya görüşlərlə bağlı məlumat vermədiyi, bu kimi işləri özü gördüyü bildirilir. lent.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-01-2022 10:57
Baxış sayı: 3250Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























