“Mən əvvəlcə Ağdamdan, sonra isə Zəngilandan, Cəbrayıldan və digər irili-xırdalı Azərbaycan kəndlərindən geridə qalanları görəndə özümdən soruşdum: “Axı bu ərazilərdə necə döyüşlər gedib ki, bir dənə də olsun qapı və pəncərə, yaxud salamat ev qalmayıb? Ermənistan Ağdam və Zəngəlan istiqamətində hidrogen bombasından istifadə edib?”
Dalidag.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri özünün sosial şəbəkə hesabında erməni müəllif Ruben Vartazaryan səsləndirib. Onun fikirləri nəinki sosial şəbəkələrin erməni seqmentində, hətta bütün Ermənistanda səs-küy yaradıb:
“Hörmətli oxucular! Yəqin ki, monqol hücumları haqda eşitmisiniz. Təxminən 1000 il bundan əvvəl monqolların düşmənin yaşayış məntəqələrini necə ələ keçirmələri, sonra talan etmələri, daşı-daş üstə qoymamaları haqda təsəvvürünüz var. Siz mütləq buna oxşar bir şey eşitmisiniz. Çünki uşaqlarını monqollarla qorxudan insanların əksəriyyəti cəmi 1000 il sonra öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların əmlakını talamaqla məşğul olurdular” – Ruben Vartazaryan deyib .
“Niyə Ağdam? Çöllüyə çevrilmiş türklər şəhəri (erməni dilində azərilərə türk də deyirlər – red.) 30 ildə niyə yox olub? Ağdam şəhəri planetdə niyə yoxdur”. Döyüşlər barədə məlumat əldə etdikdən sonra məlum oldu ki, bura hidrogen bombası atılmayıb, bəs onda şəhər niyə məhv olub? Bunun bir adı var – TALAN” – deyə Vartazaryan əlavə edib.
“Ermənistan hökuməti Ağdamda bir dənə də olsun salamat evin qalmamasına, heç olmasa görüntü üçün bir dam örtüyünün olmamasına, azərbaycanlıların qəbirlərinin qazılıb meyitlərdən qızıl dişlərinin çıxarılmasına, müsəlmanların müqəddəs yerlərində donuz saxlanılmasına necə icazə verib? Bu isə hər yerdədir. İndi dünyaya nə cavab verəcəyik? Nə deyəcəyik? Deyəcəyik ki, Tornado Azərbəycan ərazisinin ¼ (25 faizi) hissəsini məhv edib?” – müəllif ermənilərə səslənib.
Daha sonra Vartazaryan deyib: “Hörmətli Facebook erməniləri! siyasi baxışlarınızdan asılı olmayaraq etiraf edin ki, özünü sivil adlandıran xalq 21-ci əsrdə müdafiəsiz şəhər və kəndləri dağıdıb qarət etmir. Gedin Ağdamın vəziyyətini görün: azərilər hər gün canlı göstərirlər. Əgər azərilərə inanmırsınızsa, mütləq orada xidmət edən tanışlarınız və ya qohumlarınız olub, onlardan soruşun. Çernobıla çevrilən bu yeddi rayonda bir dənə də olsun bina qalmayıb. Cəmi iki məscid qalmışdı, orada da donuz və mal-qara saxlanılırdı”.
Erməni müəllif hətta barbar adlandırdığı soydaşlarını Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərə baxmağa da çağırıb. Şuşadakı Qazançı kilsəsinin əvvəlki görkəminə uyğun təmir edildiyini bildirib
“Təbii ki, uşaqlıqdan beyni yuyulmuş bəzi oxucularda indi belə bir fikir yaranacaq ki, mən azərbaycanlılara sadəcə pərəstiş edirəm. Ona görə də bu 7 rayonda baş verən barbarlıqdan narahatam. Mən düşmən agenti deyiləm. Mən vətənsiz insan deyiləm. Mən sadəcə olaraq eqosentrik, təbliğatla əzilməmiş və şikəst dünyagörüşü olan yırtıcı faşist deyiləm” – Ruben Vartazaryan fikirlərini tamamlayıb.
Reklam
Ermənistan Ağdam və Zəngilana hidrogen bombası atıb? – Erməninin etirafı İrəvanı ÇALXALADI
08-01-2022 12:33
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-01-2022 12:33
Baxış sayı: 4192
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23