Reklam
Rusiyanı ölkəyə çağırmaq nə deməkdir? - Krımoğlu
09-01-2022 11:30

Qazaxıstanda xoşumuza gəlməyən hadisələr oldu. Amma bizim üçün ən acınacaqlısı budur ki, Tokayev bu hadisəni öz imkanları ilə həll etmək əvəzinə, Rusiyadan kömək istədi. Bunu öz xalqına, dövlətinə xəyanət adlandırmaq olar.
Dalidag.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Krım tatarlarının məşhur lideri Mustafa Əbdülcəmil Krımoğlu (Mustafa Cəmilov) Qazaxıstanda baş verən son hadisələr haqda danışarkən deyib.
"Rusiyanı öz ölkənə çağırmaq nə deməkdir? Biz Rusiyanın bir ölkəyə girən zaman nə etdiyini Krım nümunəsindən çox yaxşı bilirik. Bu, Qazaxıstan üçün böyük təhlükədir.
Etirazçılarla müzakirə aparmadan onları öldürmək qeyri-insani davranışdır. Gələcəkdə də nə olacağını görəcəyik. Amma bunlar nə Qazaxıstanın, nə də Rusiyanın maraqlarına uyğundur. Rusiya bundan kifayət qədər faydalanacaq. Bəli, 3 min rus əsgəri göndərdilər, amma bunun 3 min, yoxsa 30 min olduğunu dəqiq söyləmək mümkün deyil. Çünki Rusiyanın sözlərinə heç vaxt etibar etmək olmaz. Ümid edirik ki, orada sülh bərqərar olacaq və xarici ölkələrin vətəndaşları gedəcək", - deyə Krımoğlu bildirib.
Kateqoriya: Sosium
Tarix: 09-01-2022 11:30
Baxış sayı: 3235Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























