28 yanvar tarixində faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun yaranması gününü qeyd etmək istəyən Rusiya Erməniləri İttifaqının əməlinə erməni səfir haqq qazandırmağa çalışıb.
Dalidag.az axar.az-a istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyi film ətrafında baş verənləri “ehtirasları süni şəkildə alovlandırmaq cəhdi” kimi qiymətləndirib.
Səfirlik qeyd edib ki, onlar mediada yazılanları “diqqətlə izləyirlər” və Ermənistanın azadlığı üçün vuruşan Qaregin Njdenin “xatirəsinin təhqir edilməsi”ndən dərin təəssüf hissi keçirirlər.
Ermənistan səfirliyi tarixi də saxtalaşdırıb və Njdenin 1948-ci ildə 4 maddə ilə ittiham edildiyini, ancaq bu maddələr içərisində “faşizmə xidmət”in olmadığını bildirib.
Qeyd edək ki, sözügedən filmin yayımı “Rusiya veteranları” ümumrusiya ictimai birliyinin şikayəti əsasında polisin müdaxiləsi ilə dayandırılmış, ora toplaşanlar dağıdılmışdı. Rusiya veteranları da Njdenin xatirəsini anmağı faşizmə qarşı vuruşan insanlara təhqir kimi qiymətləndirirlər.
Bu barədə Rusiya arxivlərində rəsmi sənədlərin olmasına baxmayaraq, Ermənistanın faşist, günahsız və dinc insanların qatili Qaregin Njdeni qəhrəmanlaşdırmaqdan əl çəkməməsi və səfirin Rusiyaya meydanoxuyurmuşcasına cavabı təəccüb yaradır.
Reklam
Njde qalmaqalı: Rusiyadakı erməni səfirin həyasız cavabı
30-01-2022 14:24
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-01-2022 14:24
Baxış sayı: 4260Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























