Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev işğaldan azad olunan Kəlbəcər rayonunda vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində şəhid olmuş Əliyev Arif Ağalar oğlunun ailəsi ilə görüşüb. Görüşdə qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Əliyev Arif Ağalar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham

Bütün çətinliklərə, nöqsan və çatışmazlıqlara rəğmən Azərbaycan təhsilində islahatlar, inkişaf və yeni nailiyyətlər açıq şəkildə hiss olunmaqdadır. Təhsilimiz Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur. Ali məktəblərimiz boloniya sisteminə qoşulur, orta ümumtəhsil məktəblərimiz müxtəlif ölkələrin məktəbləri ilə ortaq layihələr həyata keçirir, təcrübə mübadiləsi aparır, gənclərimiz dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alır, müxtəlif beynəlxalq layihələrin icrasında iştirak

Xankəndi qazsız qalıb. Dalidag.az xəbər verir ki, sülhməramlıların nəzarət zonasında olan Xankəndi şəhərini qazla təmin edən magistral kəmərdə boru partlayıb, nəticədə şəhərə mavi yanacağın verilməsi dayandırılıb. İlkin versiyalara görə, magistral qaz kəmərində qəzaya səbəb Kiçik Qaladərəsi (Kirov) qəsəbəsindəki qaz kəməri hissəsində boru kəmərinə icazəsiz və qanunsuz qoşulma nəticəsində baş vermiş partlayış olub. Partlayış nəticəsində bir yerli sakin həlak olub, dağıntılar var.

Bu günlərdə Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub. Kitab tanınmış Azərbaycan filoloqu Aslan Məmmədlinin doktorluq dissertasiyasıdır və onun əziz xatirəsinə həsr olunub. Aslan Məmmədli görkəmli Azərbaycan dilçisi professor Məmməd Tağıyevin yaratdığı Bakı Frazeologiya Məktəbinin nümayəndəsi idi. Dissertasiya 1996-cı ildə Bakıda müdafiə olunub və müqayisəli frazeologiya sahəsində fundamental əsərdir. Burada ilk dəfə olaraq Azərbaycan və rus

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir,
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024