Reklam

Kəlbəcər təhsilində etwinning layihəsi - “Kəlbəcərə qayıdış”
10-02-2022 13:43

Təhsilimiz Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur. Ali məktəblərimiz boloniya sisteminə qoşulur, orta ümumtəhsil məktəblərimiz müxtəlif ölkələrin məktəbləri ilə ortaq layihələr həyata keçirir, təcrübə mübadiləsi aparır, gənclərimiz dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alır, müxtəlif beynəlxalq layihələrin icrasında iştirak edir və özləri də layihələr hazırlayıb həyata keçirirlər. Layihə əsaslı öyrənmə, rəqəmsal bacarıqların inkişaf etdirilməsi bu gün təhsilimizin prioritet istiqamətlərindən biridir. Çünki, layihə əsaslı öyrənmə şagirdlər üçün XXI əsr bacarıqlarını formalaşdırmaqda bir çox imkanlar yaradır. Bu mənada “etwinning plus” layihəsi əsl təhsil platforması sayıla bilər. eTwinning İnformasiya və Kommunikasiya Texnologiyalarından (İKT) istifadə etməklə məktəblər üçün dəstək, alətlər və xidmətlər təqdim etməklə Avropada məktəblərarası əməkdaşlığı təşviq edir. eTwinning həmçinin müəllimlər üçün onlayn Peşəkar İnkişafı davam etdirmək üçün pulsuz imkanlar da təklif edir.

“Kəlbəcərə qayıdış” adlı etwinning layihəsinin iştirakçıları yaxın gələcəkdə öz fəaliyyətlərini Kəlbəcərdə davam etdirməyi düşünürlər. Layihə iştirakçılarına uğurlar arzulayır və Kəlbəcərli günlərimizə tezliklə qovuşacağımızı səbrsizliklə gözləyirik.
Şikar Baxışov
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar