Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin yardım mərkəzi Xankəndidə humanitar aksiya keçirib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xankəndidəki 5 saylı uşaq evindəki 117 uşağa karandaş, rəsm ləvazimatları, uşaq oyuncaqları və s. hədiyyə edilib. Qeyd edilib ki, 2022-ci il ərzində - 40 gün müddətində Xankəndi və ətrafında, o cümlədən Laçın dəhlizi boyunca yerləşən köçkünlər üçün

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Dalidag.az xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib. Dalidag.az

Dünyanın ən hün dür bayraq dirəyi hazırlanır. Dalidag.az xəbər verir ki, layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək. Belə ki, Azərbaycanın paytaxtı, küləklər şəhəri adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

Bu gün Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib. Dalidag.az -ın məlumatına görə, təqdimat mərasimində rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak etmişlər. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A standartlı silahlardan atış təlimləri keçiriblər. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb. Dalidag.az xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır. Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də "Vahid

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev işğaldan azad olunan Kəlbəcər rayonunda vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində şəhid olmuş Əliyev Arif Ağalar oğlunun ailəsi ilə görüşüb. Görüşdə qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Əliyev Arif Ağalar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham

Bütün çətinliklərə, nöqsan və çatışmazlıqlara rəğmən Azərbaycan təhsilində islahatlar, inkişaf və yeni nailiyyətlər açıq şəkildə hiss olunmaqdadır. Təhsilimiz Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur. Ali məktəblərimiz boloniya sisteminə qoşulur, orta ümumtəhsil məktəblərimiz müxtəlif ölkələrin məktəbləri ilə ortaq layihələr həyata keçirir, təcrübə mübadiləsi aparır, gənclərimiz dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alır, müxtəlif beynəlxalq layihələrin icrasında iştirak
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024