Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası keçirilir. Dalidag.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər. Azərbaycan nümayəndə heyəti çoxlu sayda təhlükəsizlik əməkdaşının müşayiəti ilə İrəvan İdman-Konsert Kompleksinə gəlib.

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb Bu barədə Ağ Evə xəbər verir. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir. “DXR və LXR-in tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülhünü, sabitliyini daha da təhdid edir” – Bayden deyib. Bayden həmçinin sanksiya ilə bağlı fərmanda

Bu gün həkim Şəhid polkovnik-leytenant Rasim Abdullayevin doğum günüdü. Bu münasibətlə şəhidin adına inşa edilmiş bulağın açılış və onun şeirlər kitabının təqdimatı oldu. İkinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət edildi. Sonra isə Bakı Şamaxı yolunun kənarında, Abşeron rayonu ərazisində, şəhidin adını daşıyan bulaq - xatirə komplesinin açılışı oldu. Eləcə də Xırdalan şəhərində Heydər Əliyev mərkəzində şəhidin "Son nida" adlı kitabının təqdimatı keçirildi. Abşeron rayon icra hakimiyyətinin

Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan edib. Dalidag.az bildirir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. "Adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər. Dalidag.az

“Ukraynaya işğal olacağı təqdirdə Qərb Rusiyanı ən zəif nöqtədən vurmağa hazırdır”. Dalidag.az xəbər veri ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ARD telekanalının efirində deyib Siyasətçi ən zəif nöqtənin yeni iqtisadi sanksiyalar olacağını deyib. Onun sözlərinə görə, bu baş versə Rusiya beynəlxalq maliyyə bazarlarından praktiki olaraq təcrid olacaq. "Biz əlimizdə olan ən güclü alətlərdən istifadə edəcəyik. Söhbət iqtisadi və maliyyə sankisyalarından gedir.

Rusiya Qarabağdakı erməniləri nə olursa-olsun həm əlində saxlamağa çalışır, həm də siyasi məqsədləri üçün istifadə etməkdədir. Dalidag.az xəbər verir ki, Qarabağdan olan ermənilərə Rusiya pasportları paylanması daha qabarıq şəkil almaqdadır. Erməni mənbələrinin yaydığı statistik məlumatlar prosesin ciddiliyindən xəbər verir. 2021-ci ildə 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin ən rekord göstəricisi hesab olunur. 2020-ci ildə 30 min 558, 2019-da 24 min 24,

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər. Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən

Rusiya Federasiyası Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə həbslər və sui-qəsd kampaniyası planlaşdırır. Kremlin hazırladığı siyahılara Ukraynanın tanınmış siyasətçiləri, fəalları, Ukraynaya səfər etmiş Rusiya və Belarus dissidentləri daxildir. Bu barədə məlumatlı mənbələrə istinadən Amerikanın “Foreign Policy” nəşri yazıb. Materialda deyilir ki, işğaldan sonra Rusiya tərəfi hədə-qorxu və repressiyalara əl atmaq niyyətindədir. Moskva əvvəlki kampaniyalarında dəfələrlə bu cür üsullardan

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub. Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024