Reklam
Bayden qondarma DXR və LXR-a qarşı sanksiyalar tətbiq edib
22-02-2022 10:04
ABŞ Prezidenti Cozef Bayden Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb
Bu barədə Ağ Evə xəbər verir.
Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.
“DXR və LXR-in tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülhünü, sabitliyini daha da təhdid edir” – Bayden deyib.
Bayden həmçinin sanksiya ilə bağlı fərmanda qeyd edib ki, DXR və LXR-in tanınması ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır.
Qeyd edək ki, ABŞ həmçinin Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.
Kateqoriya: Sosium
Tarix: 22-02-2022 10:04
Baxış sayı: 3277Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























