Reklam
Aşıq Möhübbət Kəlbəcərin azad olunduğunu eşitsə də, həsrətini vüsal əvəz etmədi
14-02-2022 14:52
Azərbaycanda dərin tarixi kökü olan ulu ozan-aşıq sənəti xalq yaradıcılığının ən mühüm tərkib hissəsi, ayrılmaz qoludur. Özündə musiqi, poeziya və ifaçılığı birləşdirən aşıq sənəti ölkəmizdə geniş yayılmış, bütün dövrlərdə öz dəyərini qoruyub-saxlamışdır. Bir sözlə, qədim köklərə söykənən ozan-aşıq sənəti şərəfli bir yol keçmişdir.
Elə bölgələrimiz var ki, orada aşıq sənətinin özünəməxsus məktəbi var. Bu baxımdan, Kəlbəcər aşıq məktəbi istər ədəbi, istərsə də musiqi yaradıcılığı sahəsində inkişaf etmiş bir sənət ocağıdır desək, yanılmarıq. Qədim ənənələrə söykənən Kəlbəcər aşıq məktəbinin Miskin Abdal, Ağdabanlı Qurban, Dədə Şəmşir, Allahverdi Qəmkeş və digərləri kimi görkəmli nümayəndələri olub. Çağdaş dövrümüzdə də saz-söz sənəti bu bölgənin insanları arasında layiqincə yaşadılır, bu ənənə istedadlı aşıqlarımız tərəfindən davam etdirilir.
Doğma yurd yerlərimizin yağı düşmən tərəfindən işğalı bizi təkcə vaxt, zaman etibarı ilə oralardan ayırmadı, həm də bir nəslin bir-birindən uzaqlaşmasına, bir çox məqamlarda isə yadlaşmasına səbəb oldu. Torpaqlarımızın işğalı bizi yurd-yuvamızdan didərgin salmaqla bərabər, eləcə də möhkəm tellərlə bağlı olduğumuz insanlarından ayırdı. Qismətimizə yazılan məcburi köçkünlük əzabı bütün varlığımıza zərbə vurdu.
Aşıq Möhübbətin də qismətinə doğma ocağından didərgin düşmək, 30 ilə yaxın yurd həsrəti ilə qolboyun yaşamaq yazılıbmış. Yurd ağrısı, yurd göynərtisi içini didəndə saza sığındı, sazla həmsöhbət oldu. Dərdini sinəsinə hördü, sinəsinə qalaqladı. Və bir gün doğma Şahkərəmə, doğulduğu ocağa dönmək arzusu ilə yaşadı. “Yaşadı” yox, yanıb-yaxılıb gününü saydı. Ancaq “sən saydığını say” deyiblər... Zalım fələk niyyətindən yenə dönmədi. Aşıq Möhübbət Kəlbəcərin azad olunduğu xəbərinə sevinsə də, 30 illik həsrətini vüsal əvəz etmədi, yurduna dönə bilmədi.
Qeyd edim ki, aşıq Möhübbət Sadıq oğlu Abbasov 3 mart 1950-ci ildə Kəlbəcərin Şahkərəm kəndində doğulub. Erkən yaşlarından saz çalmağa başlayıb. Sonralar el şənliklərində, toylarda çalıb-oxuyub. Məlum olayla bağlı o da öz yerindən-yurdundan didərdin düşüb, 1993-cü ildən ömrünün sonuna kimi Bərdənin Kolayır kəndində məskunlaşıb. 26 fevral 2021-ci ildə dünyasını dəyişib.
YADDAŞIMDAN: Bir neçə dəfə Şahkərəmdə, aşıq Möhübbəti dinləmək üçün onların evində olmuşam. Orta məktəbin aşağı sinifıərində oxyandan şeir yazırdım. “Yenilik” rayon qəzetində və dövri mətbuatda şeirlərim dərc edilirdi. Saza-sözə doğmalıq aramızda bir səmimiyyət yaratmışdı. Möhübbət Sadıq oğlunun qonaqpərvərliyi, gülər üzü aradakı yaş fərqini hiss etdirmirdi. Aşığın anası Tamaşa nənə atamın doğma dayısı qızı idi. Tamaşa nənənin mənə xüsusi diqqəti də tez-tez onlara qonaq getməyimə imkan yaradırdı. O günlər xatırladıqca, dərindən ah çəkirəm. Heyif!!!!...
Allah Sadıq babaya, Tamaşa nənəyə və o ocaqda doğulub-boya başa şatan, dünyalarını dəyişənlərin hamısına rəhmət eləsin. Qalanlara can sağlığı diləyirəm.
Aşıq Möhübbət heç kimə şəyirdlik etməmişdi. Bu sözlü-dastanlı möcüzənin sirlərini özü saz dünyasının dərinliyinə baş vuraraq öyrənmişdi. Saza-sözə olan marağı, istedadı ona kamil sənətkar kimi püxtələşməyə, ustad məqamına çatmağa imkan vermişdi. Zil səsi, iti yaddaşı, şirin barmaqları bir aşıq kimi onu sevdirirdi.
Vaxtilə Kəlbəcərdə, sonra isə Bərdədə el şənliklərində meydan aldı, toy məclisləri yola saldı. Ancaq taleyinə yazılan didərginlik qisməti onu da həmişə ağrıtdı, göynətdi. Torpaq həsrəti ürəyincə çalıb-oxumağa, şənlənməyə imkan vermədi. Təzanə sazın tellərinə toxunduqca ürəyinin telləri əsdi,
“Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar” yadına düşürdü. Və beləcə, aşıq Möhübbət bir vaxtlar gözəlliyindən, sonralar isə həsrətindən oxuduğu ulu dağlara
“Sınmayaydı qanadlarım,
Quş, yerinə mən olaydım.
Uçaydım düz Dəlidağa,
Kaş yerinə mən olaydım.
Ömür talan, həyat yalan,
Dərdə düşsün, dərdə salan.
O dağlarda məğrur qalan,
Daş yerinə mən olaydım”- oxudu, ancaq bu diləyi hasil olmadı. Əli Dəlidağa, doğma yurda uzalı köçdü bu gidi dünyadan. Doğma yurdu bir də ziyarət etmək, “qara” sazı sinəsinə sıxıb dağlarımızın əsrarəngiz gözəlliyindən oxumaq qismət olmadı bu gözəl el sənətkarına.
Aşıq Möhübbət özündən sonra bu sənəti yaşatmaq üçün ona müraciət edən neçə-neçə gəncə aşıqlıq sənətinin sirlərini öyrətdi. Söhbət Abbasov, İsax Murtuzayev, Qəlbinur Möhübbətoğlu və digərləri dediklərimin sırasındadır.
Qəlbinur Möhübbətoğlu
“Ustad oğlu şəyird olmaz” deyib dədələrimiz. Bu gün aşığın oğlu Qəlbinur atasının sənətini layiqincə davam etdirir, onun öyrətdiklərini, tövsiyələrini yerinə yetirir. Qəlbinur Möhübbətoğlu istedadlı gənc kimi bir neçə dəfə televiziya kanallarında keçirilən yarışların iştirakçısı və qalibi olub. Uğurlar diləyirik. Onu da vurğulayım ki, aşıq Möhübbətin 3 övladı-iki qızı, bir oğlu var.
Qeyd edim ki, aşıq Möhübbətin qardaşı Nüsrət Sadıq da saza-sözə yaxın olan, gözəl şeirlər müəllifi idi. Şeirləri mətbuatda çap olunmaqla yanaşı, aşıqlarımızın da ifasında səsləndirilib. Ruhu şad olsun.
Bu gün Kəlbəcərimiz azaddı. Biz Oralara dönəndə yurd-yuva həsrəti ilə dünysını dəyişən bütün doğmalarımızın ruhu şad olacaq, eləcə də aşıq Möhübbətin...
Namiq Dəlidağlı,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü.

Kateqoriya: Kəlbəcər
Tarix: 14-02-2022 14:52
Baxış sayı: 2723
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23