Kəlbəcərli gənc dünyanın ən nüfuzlu universitetinə daxil olub

14-02-2022 16:40

Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. 
Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. 
(Platon)


Ən qiymətli sərmayə təhsilə qoyulan sərmayədir. Uğurlu gələcək arzusunda olan, hər kəs yaxşı təhsil almalı, öz bilik və bacarığı ilə vətəninə,  xalqına xidmət etməli, məqsəd-məramı,  yeni-yeni ixtiralar etməklə vətən qarşısında əvəzsiz töhfələr vermək olmalıdı. Bu gün daha bir uğurlu gəncimizdən yazacam. Lütfizadə adına Texniki Humanitar Liseyin 11 ci sinif şagirdi Sənan Teyyub oğlu Ağayevsən. Bu soyad sizə tanışdır.  Ötən il  orta məktəbi  qızıl medalla fərqlənmə attestat  ilə başa vuran bacısı- Səba Teyyub qızı Ağayeva Böyük Britaniyanın nüfuzlu universitetlərindən birinə- Beynəlxalq Hüquq fakültəsinə qəbul olunmuşdur. Bacının uğurlarından ruhlanan, düzgün ailə tərbiyəsi, müəllimlərinin zəhməti hesabına. Bu il bacının uğurlarını qardaşı Sənan təkrar edir. Öz bilik bacarığı ilə,  görsətdiyi yüksək nəticələr hesabına müəllimlərinin sevimlisinə çevrilən Sənan Ağayev valideynlərinə xoş sürpriz etməklə böyük bir sevinc yaşadıb. Belə ki,  dərs ilinin başa çatmamasına baxmayaraq  dünyanın nüfuzlu universitetlərindən  olan Ku Leuven-ə yüksək nəticə ilə,  Top-50 də yer alan. Avropada ən nüfuzlu universitetlərindən birinə qəbul olunduğunu, universitet tərəfindən ali təhsil alması üçün dəvət olunub. Xoş xəbər hər kəsin sevincinə səbəb olub. Bu gün Ağayevlərin uğuru bir evin deyil Azərbaycanımızın, onun təhsilinin uğurudur. Sənanın ən böyük arzusu işğaldan azad edilən ata- baba yurdunun, Kəlbəcərin quruculuq bərpa işlərinə,  zəkasıyla töhfə verməkdir. İnanıram ki,  Sənanın arzuları gerçək olacaq. Uğurla təhsilini başa vurduqdan sonra Azərbaycanımız üçün, doğma Kəlbəcərimiz üçün böyük işlərin görülməsində öz imzasını təsdiq edəcəkdir. Arzusunu gerçəkləşdirəcək. Mən fürsətdən istifadə edərək, Ağayevlər ailəsinə səmimi təbriklərimi çatdırıram, göz aydınlığı verirəm. Sənanın təhsil aldığı lisseyin kollektivinə, başda Murad və Mirağa müəllim olmaqla,  Gülşən müəlimə, Nicat müəllimə, Sənanın üzərində əməyi olan dəyərli müəllimlərinə, öz adımdan Sənanın valideynləri adından təşəkkür edir, minnətdarlığımızı bildirirəm. Bağ becərənin bəhrəsi meyvələr olduğu kimi,  müəllim əməyinin bəhəri zəkalı, əxlaqlı şagirddir. İnanıram ki,  Sənanın müəllimləri onun uğuruna valideynləri qədər sevinir. Sənan Ağayev sənə bol şanslar uğurlar diləyirəm. Yeni uğurlarını nailiyyətlərini eşitmək diləyi ilə. Tanrı səni qorusun!!!

P.S.Ümid edirəm ki,  Kəlbəcər Rayonu İcra Hakimiyyəti,  Kəlbəcər rayonunun Millət vəkili, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sənana yetərincə dəstək olacaq. İstedadlı gənclərimizə dəstək olmaq hər bir Azərbaycanı sevən vətəndaşın mənəvi borcudur...!!!


Rövşən Hüseynli



Kateqoriya: Kəlbəcər
Tarix: 14-02-2022 16:40
Baxış sayı: 21 889
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024