Reklam
Daha iki qurumun hərbçilərinə “Müharibə veteranı” adı verildi
08-02-2022 11:49

Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq, daha iki qurum - Ədliyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına "Müharibə veteranı” adı verilib.
"Müharibə veteranı” adı verilmiş həmin hərbi qulluqçular barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər” altsisteminə daxil edilib.
Nazirlik tərəfindən isə onlara müraciətləri olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada Azərbaycan Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.
Təqaüd 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq ödənilir.
Bundan əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına "Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin edilib.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatı üçün müvafiq işlər aparılır.
Vətən müharibəsinin bütün iştirakçılarına "Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə başa çatacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-02-2022 11:49
Baxış sayı: 3288Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























