Mübariz Mənsimov ev həbsi şərti ilə azad olundu. Bu barədə onun köməkçisi Fidan Quliyeva sosial şəbəkədəki hesabında yazıb. Dalidag.az xəbər verir ki, Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa (ev dustaqlığına) çıxıb. İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Hakim Mübariz Mənsimovun işi ilə bağlı təhliyə qərarı verib.

Bu ilin fevral ayında Ermənistanı 26 396 nəfər tərk edib. Ermənistan mediasına istinadən xəbər verir ki, təkcə fevral ayında 58 297 nəfər ölkədən gedib, 31 901 nəfər geri qayıdıb. Gedənlərlə gələnlər arasındakı fərq 26 396 nəfərdir. Gedənlərin kiçik qismi əcnəbilər və ya başqa ölkənin vətəndaşlarıdır, əksəriyyət isə Ermənistan vətəndaşlarıdır.publika.az Dalidag.az

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər Rayon İcra Hakimiyyətində “Vətən

"YAŞAT" Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində vətənimizdədir. Ölkəmizdə olduqları 5 gün ərzində israilli həkimlər 132

Ermənistan baş naziri Nikol Paşinyan və komandasının baş qərargah rəisi vəzifəsinə 4 namizədi var. Dalidag.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb. Bildirilib ki, ilk namizəd baş qərargah rəisinin müavini, general-mayor Andranik Makaryandır. Lakin Makaryan Qasparyanın yerinə gəlməyi əxlaqsızlıq hesab edir və üstəlik, vəziyyət həll edildikdən sonra xidmətdən ayrılacağını açıq şəkildə bildirib. Vəzifəyə ikinci namizəd separatçı rejim ordusunun keçmiş komandanı, general-leytenant Cəlal

Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndindən video yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ənvər RZA: Yazda nə var, yaylaqların payızda Vəfasını yoxlamağa gəlmişəm… “Ənvər Rzanı xatırlayarkən”… Ənvər Rzanı xatırlamaq nə qədər savabdırsa, bir o qədər də ağrlı, acılıdır. Onu tanıyanlardan kim sakit, təmkinlə (Ənvər Rzanın özü kimi) onun haqqında söz aça bilər? Heç kim, məncə… Payızdı yenə də… Şairin ürəkdağlayn şeirlərindən biri yaşartdı gözlərimi, duman-çiskin endi qaşlrımdan aşağı: Dağlar elsiz, çöl tütəksiz, çəmən lal, Mən bu dərdi oxlamağa gəlmişəm. Yazda nə var, yaylaqların

Kəlbəcər rayonunun Kilisə kəndində dünyaya göz açmışam. Kəndimiz dağların qoynunda 35 ailədən ibarət olduğu üçün ibtidai məktəbimiz var idi. 4- cü sinifdən sonra, 8-ci sinifə qədər bizim kənddən 3 km aralıda olan Çaykənd orta məktəbində, sonra isə 9-10 sinifi 2,5 km aralı İstibulaq kənd orta məktəbində təhsil almışam. 6 il oxumaqdan yana hər gün 5-6 km məsafə qət etmişəm və buna rəğmən əla qiymətlərlə oxumuşam. Oxuduğum müddət ərzində şeiriyyətə böyük marağım olduğu

Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir.

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza bir sıra görüşlər keçirəcək. Dalidag.az
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024