Reklam
Qaziyə Kəlbəcər Rayon İcra Hakimiyyətində vəzifə verildi -ŞƏKİL
05-03-2021 11:37

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Belə ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin sərəncamı ilə Vətən müharibəsinin iştirakçısı Tural Nazim oğlu Oruczadə bu şöbənin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Oruczadə Tural Nazim oğlu Azərbaycan Dövlət Pedaqoji İnstitunun Quba filialının Filologiya fakültəsini bitirib. 2015-ci ildən bu vəzifəyə təyin olunanadək Kəlbəcər rayon 78 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Tural Nazim oğlu Oruczadə Vətən Müharibəsinə könüllü olaraq qatılmış, Tərtər, Ağdərə, Suqovuşan və Laçın-Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin kollektivi Tural Nazim oğlu Oruczadəni yeni vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.
Dalidag.az
Tural Oruczadə
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 05-03-2021 11:37
Baxış sayı: 3977Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















