Ermənistan baş naziri Nikol Paşinyan və komandasının baş qərargah rəisi vəzifəsinə 4 namizədi var.
Dalidag.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Bildirilib ki, ilk namizəd baş qərargah rəisinin müavini, general-mayor Andranik Makaryandır. Lakin Makaryan Qasparyanın yerinə gəlməyi əxlaqsızlıq hesab edir və üstəlik, vəziyyət həll edildikdən sonra xidmətdən ayrılacağını açıq şəkildə bildirib.
Vəzifəyə ikinci namizəd separatçı rejim ordusunun keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyandır. Lakin onun sağlamlıq vəziyyəti ordu işləri ilə tam məşğul olmağa imkan vermir. 44 günlük müharibədə Arutyunyan Azərbaycan Ordusunun hücumu nəticəsində ağır yaralanmışdı.
Baş qərargahın sabiq rəisi Artak Davtyanın da adı müzakirələrdə səsləndirilir. Lakin onunla bağlı müəyyən şübhələr var.
Qəzet yazır ki, səlahiyyətli şəxslər separatçı rejim ordusunun komandiri, general-leytenant Mikael Arzumanyanın namizədliyini fəal şəkildə müzakirə edir. Hakimiyyət hələ tam qərar verməyib, amma onun təyinatı ehtimalı böyükdür.
Xatırladaq ki, fevralın 25-də Ermənistan silahlı qüvvələri baş qərargahı baş nazir Nikol Paşinyan siyasi rəhbərliyinin dövləti təhlükəli həddə çatdırdığını söyləyərək istefasını tələb edib. Buna cavab olaraq baş nazir çevriliş cəhdini elan edib və Onik Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb.
Reklam
Qasparyanın yerinə 4 namizəd var: ordumuzun ağır yaraladığı şəxs...
04-03-2021 13:06

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-03-2021 13:06
Baxış sayı: 3260Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























