Daha bir kəlbəcərli yurduna qovuşmamış dünyanı tərk etdi. Dalidag.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Kəlbəcərdən olan şair Xəqani Həbiboğlunun anası Yəmən xanım dünyasını dəyişib. Bu barədə kəlbəcərli vəkil Əziz Qənbərov məlumat verib. Dalidag.az olaraq, anasının vəfatı ilə bağlı Xəqani müəllimə və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə görüşüb. Dalidag.az -ın məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Sizi, Sizin timsalınızda bütün şəhid ailələrini torpaqlarımızın düşmən

Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparacağı gözlənilən idi. Çünki Vardenis-Ağdərə yolunun Azərbaycanın nəzarətinə keçməsi Ermənistana gedib-gələn ermənilərin 50 km-lik yolunu 500 km-ə qədər uzadıb. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistan hökumətinin Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Moskvanın vasitəçiliyi ilə Azərbaycanla danışıqlar aparması haqda yayılan xəbərləri şərh

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi (AVMVİB) Kəlbəcər rayon şöbəsinin üzvü, I Qarabağ müharibəsinin qazısı İlqar İsgəndər oğlu Quliyevlə Milli Məclisdə görüşüb. Dalidag.az -ın məlumatına görə, millət vəkili qazini tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz qazimiz, siz I Qarabağ müharibəsinin iştirakçısı olmusuz, 27 sentyabrda Vətən Müharibəsi başlayınca, AVMVİB fəallarından biri

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır. Dalidag.az xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir. Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi İrəvan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib. Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq. Dalidag.az xəbər verir ki, bunu trend-ə açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, orada qurulacaq fabriklərdə Türkiyənin təcrübəsindən istifadə olunacaq ki, bu da öz növbəsində yerli bazarımızın inkişafına gətirib çıxaracaq:

Qırx dörd günlük müharibədə xalqla dövlətin birliyi Azərbaycan xalqının uzun illərdən bəri həsrətində olduğu Qarabağımızın hər bir azərbaycanlı üçün necə əziz olduğunu bir daha sübut etdi. Qarabağın işğalda olması, Vətənin bütövlüyünün pozulması hər birimizin içərisində bir sınıqlıq, baş aşağılığı əmələ gətirmişdi. Hər bir azərbaycanlı işğalda olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi, düşməndən intiqam alınması hissi ilə alışıb yanırdı. Belə oğullardan biri də 1992-ci il yanvar

II Qarabağ savaşının bitməsindən, işğaldakı rayonlarımızın azadlığından iki ay yarım zaman keçir. Bu müddətdə Qazaxın Ermənistan tərəfdə qalan 7 kəndinin də taleyi ilə bağlı məsələsi gündəmdən düşmür. Bu istiqamətdə son məlumatlardan biri də həmin kəndləri ermənilərin boşaltdığı yönündədir. Doğrudur, bu məlumat hələ ki, öz təsdiqini tapmayıb, ancaq təkzib də edilməyib. Hələlik isə bu yeddi kəndin taleyinin necə olacağı sual altındadır. Ərazi mübadiləsi yolu ilə bu kəndlərin qaytarıla

“Düz 100 il əvvəl Şuşa ermənilərdən türklərin məsləhəti ilə təmizləndi. Və bu gün türklər Şuşanın strateji əhəmiyyətini başa düşürlər". Bunu erməni ictimai və siyasi xadim Miqran Hakobyan dünən küçiediyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq "İskəndər" raketinin Şuşaya qarşı niyə istifadə edildiyi, niyə Azərbaycanın vacib mərkəzlərinə və strateji hədəflərinə zərbə endirmədiyi barədə suallar qaldırmaq lazımdır. “Zərbə ona görə endirildi ki, Şuşanı təmizləyən erməni qüvvələr
Yazı axını