Reklam
Miilət vəkili kəlbəcərli şəhidin ailəsi ilə görüşüb- ŞƏKİL
26-01-2021 16:10
MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə görüşüb. Dalidag.az-ın məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Sizi, Sizin timsalınızda bütün şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu.
2016-cı il Aprel döyüşləri, 2020-ci il İyul (Tovuz) döyüşlərində iştirak edən, Azərbaycan Vətən Müharibəsində də iştirak edərək, igidliklər göstərən Zaur Cəfərovun ruhu bugün şaddır.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.
Sizi bir daha təbrik edirəm, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva şəhid zabitin ailə üzvlərinə Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.
Qeyd edək ki, qəhrəman şəhidimiz polkovnik-leytenant Zaur Cəfərov əslən Kəlbəcərdəndir, rayonun Başlıbel kəndində anadan olub.Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-01-2021 16:10
Baxış sayı: 3579Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























