Ədliyyə Nazirliyi tərəfindən işğaladan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkil olunması məqsədi ilə işlər görünməkdədir. Dalidag.az xəbər verir ki, bu barədə Qarabağ Regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov məlumat verib. 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən S.Kazımovun sözlərinə görə, ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə işlər görülür: "Ölkə başçısının Fərmanı ilə əlaqədar işğal olunmuş ərazilərlə bağlı müvafiq

Dalidag.az gənc yazar Eşqin Məmmədovun yeni şeirini təqdim edir: Qızcığazın məktubu Şaxta baba, can baba! Çox məşğulsan bilirəm. Bu il başqa arzum var, Hədiyyə istəmirəm. Bürüyüb hər tərəfi, Azğın şaxta, qar, boran. Bizim evimiz istidir, Üşümürəm heç zaman. Babam hədiyyə etdi, Mənə yun papağını. Vəhşi qara küləklər, Yalamır qulağımı. Nənəm mənə toxuyub, Bu il qalın bir corab. Sobanın kənarında, Mənim üçün hər gecə, Oxuyur gözəl kitab. Anam hazırlayıbdır, Şəkərbura , paxlava , Xımır - xımır

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 17 may 1870-ci ildə Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Yağışdan çıxdıq, yağmura düşdük”, “Adı var, özü yоx”. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım”, “Millət dоstları”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər” və s. qiymətli əsərlər yazmışdır. Əbdürrəhim bəy Haqvеrdiyеvin yaradıcılığında xüsusi yeri olan əsərlərindən

Namiq Dəlidağlı Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli damlanandan sonra uzun illər onunla birlikdə medianın “evini yıxanların” bəziləri dil açıb, indi başqa “hava çalırlar”, V. Səfərliyə qarşı ittihamlar irəli sürürlər. Sözsüz ki, abrına qısılıb susanlar da var. Dil açanlar sanki illərdir, Vüqar Səfərlinin çapıb-taladığını, çörəyi qələmdən çıxan kəsimin haqqına girdiyini bilməyiblər, "xoşbəxt günlərdə" onun yanında

Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. 10 yaşında atası Tağıyevi bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 15 yaşında ikən Zeynalabdin bənnalıq etməyə başlayıb. O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma

Qarabağın qədim kəndi olan Daşaltıdayıq. 29 il əvvəl bu kənddə tariximizin qanlı səhifəsi yazılıb. Həmin hadisənin ildönümü üçün buradayıq. İlk dəfədir məşum ''Daşaltı əməliyyatı''na qalib bir xalqın gözü ilə, öz acı keçmişinə baxırmış kimi baxırıq... Şuşanın mərkəzindən təxminən 3 kilometr cənubda, Cıdır Düzündən aşağıda, Daşaltı çayının sahilində yerləşir bu kənd. Daşaltı Şuşa qalasının bina olduğu nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır. Şuşalılar Cıdır düzündən Daşaltı çayının

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub. Dalidag.az Bakıdakı Nizami Gıncəvi heykəlinin yaradılması tarixçəsini təqdim edir. Nizami Gəncəvinin heykəlinin 1941-ci ildə, şairin 800 illiyi münasibətilə ucaldılması planlaşdırılırdı. Bunun üçün 1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində Yubiley Komitəsi yaradılmışdı. 1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub. Dalidag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərar bu gündən qüvvəyə minib. Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub. Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.
Yazı axını