Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. Dalidag.az xəbər verir ki, Kəlbəcərdə xidmət edən Siracov Fətulla Qasım oğlunun səhhətində problem yaranıb və bu səbəbdən dünyasını dəyişib. Hərbi qulluqçu bu gün Şabranın Gəndov kəndində dəfn olunub. Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi. Allah rəhmət eləsin! Dalidag.az

Bir şair tanıyıram, yazdığı şeirlər elə bil ki, mənim ürəyimdən keçən sözlərdir. Onun şeirlərini oxuduqca sanki bu sözləri uzun illərdir ki, eşitdiyimi və sevdiyimi hiss edirəm. Lakin onun şeirləri bu günlərdə, bizim dövrümüzdə, bizim yaşadıqlarımız həyat tərzini,-sevincimizi, kədərimizi, hissimizi, təbiətə vurğunluğumuzu, sevgimizi, məhəbbətimizi, düşmənə nifrətimizi və s. özündə əks etdirən şeirlər olduğu üçün bizi özünə çəkir, "məni oxu, yadda saxla"- deyir. Mən onu uzun illərdir ki,

Bu günlərdə erməni girovluğundan azad edilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının vaxtilə Kəlbəcərdə lentə aldığı çox nadir videogörüntünü paylaşlb. Dalidag.az xəbər verir ki, K.Əsgərovun bildirdiyinə görə, atası sözügedən çəkilişi tək getdiyi zaman edib. Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyul ayının 11-də öz dədə-baba yurdlarını ziyarət edərkən erməni əsgərləri tərəfindən girov götürülmüşdü. Onlarla birlikdə olan soydaşımız Həsən Həsənov isə o zaman

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır. Dalidag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. “Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli

Azərbaycan, Rusiya və Ermənistan arasında növbəti üçtərəfli görüş Baş nazirlərin müavinləri səviyyəsində 30 yanvar 2021-ci il tarixində Moskvada reallaşacaq. Verilən məlumata görə, görüşdə biri Naxçıvanı Azərbaycana, digəri Ermənistanı Rusiyaya bağlayan iki dəmir yolu layihəsi müzakirə ediləcək. Bu günlərdə Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Viktor Nadein-Rayevski layihələrin reallaşmasının yalnız Azərbaycan və Ermənistana fayda gətirməyəcəyini, ümumilikdə bütün bölgənin inkişafına

Müharibə qaçılmazdır, çünki Ermənistanda hamı Qarabağ münaqişəsinin hələ də həll olunmadığını düşünür. Amma əvvəlcə erməni qüvvələrinin hərbi əməliyyatlar aparmaq strategiyası dəyişdirilməlidir". Dalidag.az xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambarsumyan deyib. Ekspertin sözlərinə görə, Ermənistan beşinci və ya altıncı nəsil müharibələrin meyarlarına cavab verməyən hərbi konsepsiyasını kökündən dəyişdirməlidir. Qarabağdakı son hərbi əməliyyatlara münasibət bildirən Ambarsumyan qeyd
Yazı axını