Reklam
Kaş bir də görüşək...
30-01-2021 20:35
Bir şair tanıyıram, yazdığı şeirlər elə bil ki, mənim ürəyimdən keçən sözlərdir. Onun şeirlərini oxuduqca sanki bu sözləri uzun illərdir ki, eşitdiyimi və sevdiyimi hiss edirəm. Lakin onun şeirləri bu günlərdə, bizim dövrümüzdə, bizim yaşadıqlarımız həyat tərzini,-sevincimizi, kədərimizi, hissimizi, təbiətə vurğunluğumuzu, sevgimizi, məhəbbətimizi, düşmənə nifrətimizi və s. özündə əks etdirən şeirlər olduğu üçün bizi özünə çəkir, "məni oxu, yadda saxla"- deyir. Mən onu uzun illərdir ki, tanıyıram. İnsan kimi alicənab, kişi kimi sözübütöv, samballı, ağırtəbiətli, dost kimi səmimi, mehriban-bütün xoş sözlərə layiq olan bir insan.
İsayev Kamil Saat oğlu 1961-ci ildə Kəlbəcər rayonunun Qalaboynu kəndində anadan olmuşdur. Kəlbəcər şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra Mingəçevir Tibb Texnikumunu, daha sonra M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmiş, bir müddət Kəlbəcər rayon Əsirik kənd xəstəxanasında həkim işləmişdir. Həkim işləyərkən hərbi xidmətə çağırılmış və Polşada hərbi xidməti zamanı hərbi hissənin həkimi işləmişdir. Bu müddətdə müntəzəm olaraq şeirlər yazan şair özünə "Təbib " təxəllüsünü götürmüşdür. Təxəlĺüsündəki "Təbib" sözünü tibb işçisi olduğuna görə götürmüşdür. Doğrudan da Kamil Təbibin yazdığı şeirlər şöz sənətinə vurğun olan isanlar üçün bir dərmandır. O, yaradıcılığında toxunduğu bütün mövzuları sanki bir rəssam dəqiqliyi ilə şəklini çəkmiş, oxuculara əyani şəkildə göstərmişdir:
Ey durna qatarı, gedin,yaxşı yol!
Dəstə-dəstə, axın-axın dağlara.
Keyvir bulaqlara salam söyləyin,
Mən əvəzdən yaxşı baxın dağlara.
Siz allah incimən sözümdən mənim,
Göydə kül olarsız közümdən mənim.
Susun, yaman düşüb gözümdən mənim,
Saxlayın mahnının çoxun dağlara.
Ötəri keçsəniz, ötəndə deyin,
Vətənsiz qalan var vətəndə, deyin.
Kamilin dərdini yetəndə deyin,
Zirvəsi Allaha yaxın dağlara.
Vətən dərdi, yurd nisgili Kamil Təbib yaradıcılığının ana xəttini təşkil edir, desəm, yanılmaram. Son iyirmi səkkiz ili məcburi köçkün kimi yaşayan Kamil Təbib hər əlinə qələm alanda ilk yadına düşən söz "Kəlbəcər" olub. Bəzən bunu ona irad tutanlar da olub. Mütəmadi olaraq respublikamızın müxtəlif televiziya kanallarında həm respublika əhəmiyyətli televiziya verilişlərində, həm də regional televiziyalarda -İctimai TV-də, Tovuzudakı Türk EL TV-də, Gəncə TV-də, Yevlax ARB-də öz şeirləri ilə qonaq olub. Hər bir verilişə çağırılan zaman "bir az da məhəbbətdən de!"- deyə ona istiqamət də veriblər. Lakin o, cavabında-"Doğma vətəndən yazmaq ən gözəl məhəbbətin nümunəsi deyilmi?"-deyə yenə dağlardan, vətənin gözəlliklərindən şeirlər söyləyir.
Adətən, yaradıcı insanların əsərlərindən birinə "şah əsər" deyirlər. Kamil Təbib yaradıcılığının şah əsəri isə bir deyil, beş deyil... Kəlbəcər şairlərinin ən görkəmli nümayəndəsi olan Bəhmən Vətənoğlu dünyasını dəyişəndə şairin dəfn mərasimində Kamil Təbibin yazdığı "Haray çəkin,əsir dağlar!" başlığını çapdan çıxan ikinci kitabına ad seçib. Bu şeir sanki Bəhmən Vətənoğlunu son mənzilə yola salan bütün həmyerlilərimizin naləsidir:
Haray çəkin,əsir dağlar!
Elin şair oğlu gedir.
Dərd əlindən, qəm əlindən
Bir sinəsi dağlı gedir.
Nəmdi gözlər,laldı dillər,
Qan ağlayır məğrur ellər.
Qızıl qələm tutan əllər
Bir-birinə bağlı gedir.
Kamil dönüb bir yumağa,
Oğulsansa, döz bu dağa.
Sucaət uyan torpağa,
İndi Vətənoğlu gedir.
Kamil Təbib yaradıcılığı aşıq havalarının hamısına uyğun gələn şeirlərlə zəngindir. O, yazdığı şeirlərin içərisində qoşma da var, gəraylı da, təcnis də, cığalı təcnis də, cığalı bayatı da. Sanki onun yazdığı hər bir şeir sazın köynəyindən keçib. Ona görə də onun yaradıcılığına müraciət edən, onun sözlərini konsertlərdə, toylarda oxuyan aşıqlar çoxdur.
Əməkdar Mədəniyyət İşçisi Aşıq Ədalət Dəlidağlı, Aşıq Mehdi Məsimov, Aşıq Haxverdi Kərəmoğlu, Aşıq Şaiq İncəli, Aşıq Zərifə Çeşməli, Aşıq Rəfiqə Göyçəli və başqa aşıqlar Kamil Təbibin şeirlərini dəfələrlə keçirilən müxtəlif tədbirlərdə oxumuslar. Bundan başqa, Azərbaycan Respublikasının Xalq Artisti Könül Xasıyeva və Əməkdar Artist Zakir Əliyev onun yazdığı "Bol eylər Allah" və " Bizdən almasın" şeirlərini sevə-sevə oxuyurlar.
Sol əllə qazansan, sağ əllə payla,
Onda qismətini bol eylər Allah.
Quşu qəfəsdən aç, balığı tordan,
Sənə də dar gündə yol eylər Allah.
Dərk elə dünəni, düşün sabahı,
Tökdürmə üstünə günahsız ahı.
Kərəmsiz ağanı, zülümkar şahı,
Nə zaman istəzə qul eylər Allah.
Unutma, dediyim başına gəlsə,
Ovlama ceyranı, tuşuna gəlsə.
Bəndənin əməli xoşuna gəlsə,
Bir qara quruşun, ləl eylər Allah.
Kamil, dörd yanında bulaq olsa da,
Bar umma söyüddən, calaq olsa da,
Qızılın dağ boyda qalaq olsa da,
Qəzəbi tutanda, kül eylər Allah.
Sadaladığım məşhurların Kamil Təbibin şeirlərini sevə-sevə oxumaları onu göstərir ki, bu şeirlər təkcə kəlbəcərlilərin yox, bütün azərbaycanlıların ürəyincə olan şeirlərdir. Təbriz aşıqlarından Əbülfəz Qayabaşı, Çingiz Birya, Fətulla Omidi və başqalarının Kamil Təbibin şeirlərini oxuması şairin şöhrətinin respublikamızın sərhədlərindən aşdığından xəbər verir. Bu günlərdə İranın Təbriz şəhərində dərc olunan "Ədəbi Körpü" aylıq ədəbi dərgisində Kamil Təbibin "Adam" şeiri dərc olunmuşdur. Ümumiyyətlə, Cənubi Azərbaycan ədəbi mühitində onun yaradıcılığına marağın daha çox olduğunun dəfələrlə şahidi olmuşam. Şair cənublu qardaşlarımızla mütəmadi olaraq yazışır, öz yaradıcılığı ilə onları da tanış edir.
Kamil Təbibin yaradıcılığında aşıq ədəbiyyatını zənginləşdirən şeirlərin çoxluğunu nəzərə alıb onu Respublika Aşıqlar Birliyinə, eləcə də Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə qəbul ediblər. Kamil Təbibin şah əsərlərindən biri haqqında oxucularımıza ayrıca məlumat vermək istərdim. Mərhum kəlbəcərli şair Ənvər Rzanın "Nə yaxşı görüşdük, nə yaxşı yenə!" şeirinə nəzirə olaraq Kamil Təbib "Kaş bir də görüşək, kaş bir də yenə" şeirini yazıb. Şeir qısa bir müddətdə dillər əzbəri oldu:
Kəndin hər nemətdən yenə var payı,
Qayanın kəkotu, dağın qar payı.
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə.
Bu da yəhərləyib mindiyim boz daş,
Kövrəlmə, ürəyim, tab gətir,tablaş!
Ömrümün bəzəyi, a köhnə dam-daş,
Nə yaxşı görüşdük,nə yaxşı yenə.
Əzəldən vurğundu yamaca Ənvər,
Meyl edən yarpıza,umaca Ənvər.
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə.
Bu gözəl şeirdən ilham alan şair Kamil Təbib heç də ondan geri qalmayan sənət əsəri yaratmışdır:
A qarlı zirvələr, ay ulu dağlar,
Kaş bir də görüşək, kaş bir də yenə.
Tutam ətəyindən, öpəm əlindən
Kaş bir də görüşək, kaş bir də yenə.
Hardasan,qiblədən çıxan bulaqlar?
Ağlayıb gözlərin sıxan bulaqlar.
Quzutək mələyib, axan bulaqlar
Kaş bir də görüşək,kaş bir də yenə.
A yalçın qayalar, haça gədiklər,
Moruqlu dərələr, sıldırım diklər.
Qıy vuran qartallar, ürkək əliklər,
Kaş bir də görüşək, kaş bir də yenə.
Yusan da, sərsən də yağışla məni,
Dolu tök başıma, ha tuşla məni.
Üz-üzə gələndə bağışla məni,
Kaş bir də görüşək, kaş bir də yenə.
Siz ey qoşa qalam, quş qanad salan,
Kamildi yanında xəcalət qalan.
Düşsün ayağına günahkar balan,
Kaş bir də görüşək,kaş bir də yenə.
Ötən il Vətən müharibəsinin başlandığı günlərə qədər doğma yurdumuzla görüşmək bizə bir əlçatmaz arzu kimi görünürdüsə, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun zəfər yürüşü bu arzularımızın gerçəkləşməsinə gətirib çıxardı. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda xalqımızla Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında bir yumruq kimi birləşərək misilsiz qələbə qazandı. Bu qələbə neçə-neçə igidlərimizin canı və qanı bahasına başa gəldi. Bu yolda şəhid olan soydaşlarımıza Uca Allahdan rəhmət diləyir, qazilərimizə və döyüşmüş bütün əsgərlərimizə can sağlığı arzulayırıq. Ordumuzun zəfər yürüşündən həvslənən bütün yaradıcı insanlarımız kimi Kamil Təbib də doğma Vətəni görmək sevincini bədii ifadələrlə oxucularına çatdırmağı özünə borc bildi:
Otuz ildir gözümüzdən sel gedir,
Elə hey silirik, silirik Vətən!
Yuxular çin olur, xəyallar gerçək,
Biz də gülərmişik,gülürük Vətən!
Yağılar əlində illəri saydın,
Ah çəkdin, inlədin, aləmə yaydın.
Gəl deyək bir-birə gözümüz aydın,
Möhnətə son qoyub, gəlirik Vətən!
Sən qürur yerisən hər birimizə,
Araz birimizə, Kür birimizə.
Sevincdən pay verib bir-birimizə,
Qardaş malı kimi bölürük Vətən!
Sərkərdə sağ olsun, qoşun sağ olsun,
Hər qarış torpağın, daşın sağ olsun.
Nə canlar itirdik, başın sağ olsun,
Uğrunda demərik ölürük Vətən!
Kamil nə desin ki, söz,-nə çəkmişik,
Olduqca haqq yolda düz,-nə çəkmişik.
Sən nələr yaşadın,biz nə çəkmişik?
Bilirik, bilirik, bilirik Vətən!!!
Bütün yaradıcılığını doğma Kəlbəcərə, onun füsunkar gözəlliyinə həsr edən şair bundan sonra da Kəlbəcərdə yaşayıb-yaradacağı üçün şanlı Azərbaycan Ordusuna minnətdar olduğunu bildirdi. Kəlbəcərdən ayrı yaşadığı iyirmi səkkiz ildə hər gün həsrətlə, qüssə ilə yaşadığını, artıq bu həsrətə birdəfəlik son qoyulduğunu bildirir.
Axır ki, yetişdi, şükürlər olsun,
Çatıbdır Allaha səsim Kəlbəcər!
“Kaş bir də görüşək, kaş bir də” dedim,
Bəsimdir yaşamaq,bəsim Kəlbəcər!
Pir deyib torpağa,suya da gedib,
Bircə yuva quram qayada gedib.
Yalın ayağımla piyada gedib,
Dediyim qurbanı kəsim, Kəlbəcər!
Bir işıq yolu var qoynuna dönəm,
Deyərəm zülmətdən doğan bir Günəm.
Sevincdən, fərəhdən qabarır sinəm,
İlk nəfəsim, son nəfəsim Kəlbəcər!
Kamil hər daşını qibləgah bilir,
Qulun qul tanıyır, şahın şah bilir.
Mən nələr çəkmişəm, bir Allah bilir,
Ürək olub əsim-əsim, Kəlbəcər.
İndi şairin bircə arzusu var: Otuz iki yaşında tərk etdiyi doğma yurdu qarış-qarış gəzmək, onun torpağını qucaqlamaq, suyunda yuyunmaq, gülünə-çiçəyinə bələnmək. Buna isə lap az qalıb.
Oqtay Salahlı
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-01-2021 20:35
Baxış sayı: 31 426
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02