Seyid Əli: “Elə bilməyin ki, uşaqlığımdan qaranlıq gətirib gözümə həsrət" “Yeddinci qitə” ...Çox kitablar oxuyuruq: hərəsinin müəllifi də ayrı, mövzusu da, oxucusu da... Ömür kitabları da elədir: lakin yazanı birdir - bizi yaradan Tanrımız. Tanrı yazana pozu yoxdur. Bunu da zaman-zaman müdriklərimiz söyləyib. Bir “kitab” oxumuşdum. Ömür kitabı idi, müəllifi ulu yaradan. Bu “əsər” çox müdrikləri heyran qoymuşdu. Mən onu “yeddinci qitə” adlandırmışdım. Hətta, bir qəzet də buraxmışam bu adda:

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə start verilib. Bu proseslərə paralel olaraq, digər bölgələrdən olan vətəndaşlarımız Qarabağda yaşamaq arzularını bildirirlər. Belə olan halda, işğaldan azad edilmiş rayon və şəhərlərimizdə yeni qeydiyyat aparılırmı? Dalidag.az xəbər verir ki, Kəlbəcər İcra Hakimiyyəti başçısının I müavini Eldəniz Mehtiyev modern.az-a deyib ki, hələlik İcra Hakimiyyətinin rəsmiləri rayona getməyiblər:

Başlıbeldən Ağdərəyək düşmənə qan uddurmağı düşünən polkovnik-leytenant Zaur Cəfərovun şəhidlik zirvəsinə gedən yolun bəzi məqamları ...Dünyaya göz açdığı kənd 28 il idi ki, təcavüzkar Ermənistanın tapdağı altında qalmışdı. Digər ərazilərimizdən fərqli olaraq, bu kəndin bəxti onda gətirmişdi ki, camaat qocalı-qarılı, böyüklü-kiçikli 113 gün dağlara çəkilərək, erməni vandallarının doğma ocaqlarını söndürməyə, tar-mar etməyə imkan verməmişdi. Bütün bu olmuşlar 4 mart 1980-ci il tarixində Kəlbəcər

Şairlər də Tanrının elçiləridir. Bu inama məni Süleyman Abdullanın "Qar duası" gətirdi. O, "Tanrının qarla dediyini" bizə poetik dillə çatdırdı. Anlatdı ki, qar "qaranlıqları üşütmək" üçün yağıb... Nə yaxşı ki, yağdı bu qar. Bəlkə bizi qorxudan qatı qaranlıqları qorxudar həm də. O qədər qaranlıqlar var ki, içində özümüzü görə bilmirik, fikirdən başımızı itiririk. Bəlkə dübbədüz çıxan hava proqnozunun gətirldiyi ilahi bəyazlıq aydınladar bu qaranlıq müəmmaları... Süleyman Abdulla öncəgörənlik

"...bilirəm ki, sən arzuların sərkərdəsisən və onları imkanla müharibədən həmişə qalib çıxarmağı bacarırsan" Dalidag.az istedadlı yazar Şəfa Vəlinin bir hekayəsini təqdim edir: Skarpionkanın gözləri (hekayə) H irslənmişdi. Kimsə onun kompyuterdə yaratdığı qovluğu açmışdı. “Skarpionka” adlı bütün fayllar “Təgin” olaraq yaddaşa verilmişdi. Axı, bu nə qədər davam edəcəkdi? Üç aydan artıqdır ki, kursa gəlirdi və həftədə üç gün də eyni hadisə ilə rastlaşırdı. Bunu edən hər kim idisə, sanki onu

Ermənistanda siyasi gərginlik səngimək bilmir. Artıq Rusiyanın bu ölkəyə təsiri və daxili siyasi proseslərə müdaxiləsi erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin Moskvaya qarşı açıq irad və ittihamlar səsləndirməsinə səbəb olmaqdadır. Dalidag.az xəbər verir ki, son günlər Ermənistanın ən aparıcı mətbu orqanlarından olan “Qraparak” qəzetilə Rusiyanın bu ölkədəki səfirliyi arasında böyük qalmaqal yaşanır. Hər şey qəzetdə “Müxalifət Rusiya səfirindən narazıdır” başlıqlı məqalənin dərc edilməsindən

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. Dalidag.az -ın xəbərinə görə, XİN başçısı rus sülhməramlılarına beynəlxalq mandat verilməsini nəzərdə tutub. Onun bu fikrini deputat Qüdrət Həsənquliyev etirazla qarşılayıb. Q.Həsənquliyev hesab edir ki, rəsmi Bakı Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun tanınmasına imkan verməməlidir. Çünki bu, on illər ərzində bizə Dağlıq Qarabağ
Yazı axını