Reklam
QAZİ - ŞAİRİN "QAR DUASI"
23-01-2021 15:51

Şairlər də Tanrının elçiləridir. Bu inama məni Süleyman Abdullanın "Qar duası" gətirdi. O, "Tanrının qarla dediyini" bizə poetik dillə çatdırdı. Anlatdı ki, qar "qaranlıqları üşütmək" üçün yağıb...
Nə yaxşı ki, yağdı bu qar. Bəlkə bizi qorxudan qatı qaranlıqları qorxudar həm də. O qədər qaranlıqlar var ki, içində özümüzü görə bilmirik, fikirdən başımızı itiririk. Bəlkə dübbədüz çıxan hava proqnozunun gətirldiyi ilahi bəyazlıq aydınladar bu qaranlıq müəmmaları...
Süleyman Abdulla öncəgörənlik edir - hava proqnozu verir, bizim işimizə "şərik" olmaq iddiasındadır. Biz onun şeir mülkündən qidalanmaq istəyəndə əlimiz ona çatmır, çünki o zirvəyə yol gedir. O, zirvədə "Qar duası" edəndə açılmış qoşa əli Tanrının əlinə çatır. Əlimiz Tanrının əlində olmaq bizim də arzumuzdur. Tanrı da həqiqi sözə vurğun olduğundan şairlərin əllərindən yapışıb. Bizim isə bircə işimiz qalır - Tanrıya əl uzadanları uğurlamaq...
Amma öz aramızdır, şair yazanda ki, "bizim üçün təhlükə şimaldan gələndir, tutmaq olmur səmtini", tam doğru deyir. Şimaldan - "sever"dən - "nord"dan gələnlər - istər hava kütlələri, istərsə də Pyotr törəmələri 200 ildən çoxdur ki, başımızın üstündə Domokl qılıncı kimi dayanıb başımızın üstündə, həmişə qaraltmağa çalışır Göy Tanrının göylərini və böyük Türkün qaynar qanını.
Qan yerdə qalacaqmı? Nə vaxt onların "tövrünü anlayacaq, təhərini biləcəyik"?..
Bizim proqnozlarımız üst-üstə düşür, qazi Süleyman. Sən də hidrometeoroloqların dediyini deyirsən şair diliylə:
İndi Qarabağda daha soyuqdu,
üşüyür küçələrin boşluğu...
Bir də komendant saatı
Xankəndindəki sülhməramlıların qolunda.
Laçın dəhlizinə yağan
yenə də qürbət qarıdır...
Kəlbəcərin yollarına heyran-heyran baxardıq. Xocalının qanlı qarının rəngi hələ dəyişməyib. 10 noyabr o yerlərin dumanını daha da qatılaşdırıb. Məramı müəmmalılar icazə vermirlər Xankəndinə, Xocalıya gedib o yerlərin temperaturunu ölçməyə, küləyinin səmtini təyin etməyə. Orada şimal küləyini "hay" küləkləri əvəz etmişdi, indi də "sever" səmtindən əsir. Bizim küləkölçənimiz qalıb "hay"la - huyun arasında.
Şair, minalar alan canları kimin üstünə yazaq? Qar altda gizlənən erməni xislətli mərmininmi, niyyəti, məramı məchullarınmı?
Hər sabah işıq qəlpələri ümidində,
hər axşam mərmi partlayışı xofunda...
Göy Tanrı bizə ismarışlar göndərir, şair-qazi qardaş (qandaş). Deyəsən o, nəhayət bizə baxır. Ustad Məmməd İsmayılın duası müstəcəb olub:
Sən də bizim kimi göyə baxırsan?
Dönüb yaratdığın yerə bax, Allah!
Bəli, Süleyman Abdulla,
"Tanrı qarla dedi gecə həqiqətləri...
...İndi bizi eşidən vaxtıdı göylərin"...
Tanrı deyib ki, səndən hərəkət, məndən bərəkət...
Sizin də, hidrometeoroloqların da proqnozları dəqiqmiş..

Vaqif OSMANOV
23.01.2021
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-01-2021 15:51
Baxış sayı: 3708Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















