"Saya bildiyim qədərilə 60 yaralını və 12 şəhidimizi özümə məxsus “NİVA” avtomobili ilə döyüş bölgəsindən çıxarmışam". Dalidag.az bildirir ki, bu sözləri Kəlbəcərdə doğulmuş və erməni işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş II Qarabağ Müharibəsi qazisi Orucov Anar Əfqan oğlu yeniavaz.com-a xatirələrini danışarkən deyib. O bildirib ki, sentyabr ayının 26-da könüllü olaraq ordu sıralarına qoşulub: “1988-ci il avqust ayının 4-də Kəlbəcər rayonunun Dəmirli kəndində anadan olmuşam. I

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvlərinə və əlillərə yardım edilib. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıb. Bu yolda çox sayda şəhid versək də, xalqın iradəsi sınmayıb və milli ruhu sarsılmayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bu qanlı aksiya Azərbaycanda milli

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Döyüş əməliyyatlarının dayandırılmasından sonra Xocavənd rayonunda aşkarlanmış 62 erməni hərbiçi 9 noyabrda (10 noyabr) imzalanmış sazişə aid deyil. Onların Azərbaycana göndərilməsi üç ölkə liderinin məlum sazişi imzaladıqdan sonra həyata keçirilib. Dalidag.az xəbər verir ki, bunu məşhur rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışına münasibət bildirərkən deyib. “Beynəlxalq hüquq normaları baxımından Azərbaycan ərazisinə qanunsuz daxil olan,

Azərbaycan Respublikasının işğaldan azad(!) olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər. Dalidag.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb. Hazırda Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə rus hərbçiləri yeridilib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını

"Ermənistanın baş naziri Nikol Paşinyana qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması üçün kifayət qədər əsas var". Ermənistandakı "Mediaport" bildirir ki, bunu Ermənistanın baş prokuroru Artur Davtyan yaxın ətrafı ilə söhbətində bildirib. Baş prokuror hesab edir ki, mövcud dəlillər N.Paşinyanın həbsi üçün yetərli sayıla bilər. Fəqət, Ermənistan mediası "Mediaport"la "Past.info"nun yaydıqları bu xəbəri təkzib ediblər. A.Davtyan da belə açıqlama ilə çıxış
Yazı axını