Paşinyan həbs olunacaq?

19-01-2021 12:11


"Ermənistanın baş naziri Nikol Paşinyana qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması üçün kifayət qədər əsas var".
 Ermənistandakı "Mediaport" bildirir ki, bunu Ermənistanın baş prokuroru Artur Davtyan yaxın ətrafı ilə söhbətində bildirib.
Baş prokuror hesab edir ki, mövcud dəlillər N.Paşinyanın həbsi üçün yetərli sayıla bilər.
Fəqət, Ermənistan mediası "Mediaport"la "Past.info"nun yaydıqları bu xəbəri təkzib ediblər.
A.Davtyan da belə açıqlama ilə çıxış etmədiyini vurğulayıb.
Bu günlərdə Moskvada olan A.Davtyan Azərbaycanın işğal edilmiş ərazilərində yaxalanmış 62 erməni silahlının azad edilməsi üçün danışıqlar aparmağa çalışıb.

Onun "azadetmə əməliyyatı"na Rusiyanı cəlb etmək cəhdləri nəticəsiz qalıb.
Rusiyanın baş prokuroru İqor Krasnovla görüşündə də A.Davtyan daha bir "təvəqqe"sini rəsmi Moskvanın nəzərinə çatdırıb.
O, Azərbaycanda qaldırılmış və ya qaldırılacaq cinayət işləri əsasında Ermənistanın sabiq və indiki rəsmi şəxslərinin MDB ölkələri ərazisində axtarışa verilməsinin birmənalı olaraq istisna edilməsini istəyib.
Moskvada olarkən A.Davtyan ailəsi ilə birlikdə lüks restoranlara və ticarət mərkəzlərinə baş çəkib, əylənib, alış-veriş edib.
Onun xərclərini Moskvada yaşayan erməni iş adamlarından biri ödəyib.milli.az

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 19-01-2021 12:11
Baxış sayı: 3195
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024