Reklam
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19-01-2021 19:31
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvlərinə və əlillərə yardım edilib. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıb. Bu yolda çox sayda şəhid versək də, xalqın iradəsi sınmayıb və milli ruhu sarsılmayıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.
Prezident İlham Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrinin, bu bəşəri cinayətdən zərər çəkən vətəndaşların sosial müdafiəsini daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin əmri ilə, həmin faciənin qurbanı olmuş şəhidlərin qaçqın ailə üzvlərinə və əlillərə, ümumilikdə, 21 şəxsə 200 manat məbləğində birdəfəlik maddi yardım edilib.
Azərbaycan xalqı 20 Yanvar qırğını zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış oğul və qızlarının xatirəsini hər zaman uca tutur və onları ehtiramla yad edir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 19-01-2021 19:31
Baxış sayı: 3235Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























