"Qarabağı ana qucağında tərk edən körpələr böyüyərək 28 ildən sonra torpaqlarımızı düşməndən azad etdilər". Bu ifadəni son zamanlar tez-tez eşidirik. Bu, doğrudan da belədir. Ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin əksər iştirakçıları ötən əsrin 90-cı illərində doğulan uşaqlar idi. Belə uşaqlardan biri də hazırda Gəncə şəhərindəki 2 nömrəli poliklinikanın uşaq həkimi işləyən Vüsal Kazımovdur. Kazımov Vüsal Allahverdi oğlu 1990-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 11-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini məğlub etməsi və torpaqlarımızı işğaldan qurtarması nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının qürur və minnətdarlıq hissi doğurduğu bildirilib. Əzəli yurd yerlərinə,

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər yayıb. Dalidag .az həmin görüntüləri təqdim edir:

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur. Dalidag.az

Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndi ərazisindən yola düşdük. Sərt və çətin relyefə malik Murovun qarlı, buzlu yollarını keçərək “Ömər aşırımı” postuna çatdıq. Bu post 27 il ermənilərin nəzarəti altında olub. Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin yerləşdiyi mövqelərdən daha yüksəkdə və əlverişli mövqedə olduqları üçün ermənilər mütəmadi olaraq bu postdan Azərbaycana diversiya qrupları göndərir, hücumlar təşkil edirdilər. Ermənistanın terrorçu

Son sutka ərzində Qarabağa 235 nəfər qaytarılıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Son sutka ərzində rus sülhməramlıları 235 nəfərin Ermənistandan Qarabağa təhlükəsiz qayıdışını təmin ediblər. Ümumilikdə 14 noyabrdan bəri 48.694 nəfər Qarabağa qayıdıb”, - məlumatda bildirilib. Dalidag.az

Hesab edirəm ki, görüş müsbət keçdi. Dialoq İlham Əliyevlə olduğu kimi, Nikol Paşinyanla da kifayət qədər məhsuldar idi. Bütün vacib problemlər müzakirə olunub. Dalidag.az xəbər verir ki, bu barədə report-a Azərbaycan, Rusiya və Ermənistanın rəgbərlərinin üçtərəfli görüşünün nəticələrini şərh edən politoloq Yevgeni Mixaylov bildirib. Ekspert qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməzliyini bildirib: "Görüş Putinin təşəbbüsü ilə təşkil edilib və bu, Rusiyanın
Yazı axını