Reklam
Qarabağ münaqişəsi başa çatıb, amma... - Mixaylov
12-01-2021 09:38
Hesab edirəm ki, görüş müsbət keçdi. Dialoq İlham Əliyevlə olduğu kimi, Nikol Paşinyanla da kifayət qədər məhsuldar idi. Bütün vacib problemlər müzakirə olunub.Dalidag.az xəbər verir ki, bu barədə report-a Azərbaycan, Rusiya və Ermənistanın rəgbərlərinin üçtərəfli görüşünün nəticələrini şərh edən politoloq Yevgeni Mixaylov bildirib.
Ekspert qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməzliyini bildirib: "Görüş Putinin təşəbbüsü ilə təşkil edilib və bu, Rusiyanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir. Razılaşmanın imzalanması üçün bütün mümkün və qeyri-mümkün addımlar atılıb".
Yevgeni Mixaylovun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatıb, amma həlli vacib olan bəzi problemlər var: "Mən həmişə Qarabağın Azərbaycana məxsus olması fikrinə əsaslanmışam. Onun statusunun müzakirəsi məna kəsb etmir.
Paşinyanın Moskvaya qarşı indiki vəziyyətdən istifadə etməyə çalışması təəssüratı yaranır. Rusiya indi Ermənistan tərəfindən tez-tez pozulan sülhün zəmanətçisi qismində çıxış etdi".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 12-01-2021 09:38
Baxış sayı: 3332Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























