Reklam
Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin sakinləri ilə görüş keçirilib- SƏBƏB
12-01-2021 17:05
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 11-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini məğlub etməsi və torpaqlarımızı işğaldan qurtarması nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının qürur və minnətdarlıq hissi doğurduğu bildirilib.
Əzəli yurd yerlərinə, ata-baba ocaqlarına tezliklə qayıtmaq arzusunda olan keçmiş məcburi köçkünlər indiyədək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, Böyük Qayıdışın təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün ölkə rəhbərliyinin bütün zəruri tədbirləri görəcəyinə böyük inam bəslədiklərini söyləyiblər. Bu istiqamətdə atılan məqsədyönlü addımlar yüksək qiymətləndirilib.
Öz həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, qəhrəman oğullarımızın qanı ilə daha da müqəddəsləşən yurd yerlərinə qayıdışın mənəvi borc olduğu vurğulanıb.
Görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, bu kəndlərin sakinlərinin geri qayıdışına şərait yaradılacağına ümidvar olduqlarını bildiriblər. Bununla əlaqədar onlar dövlətimizin başçısına müraciət ünvanladıqlarını qeyd ediblər.
Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılıb. O cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəlişi və inkişafı üzrə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-01-2021 17:05
Baxış sayı: 3467Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















