Reklam
Kəlbəcərli qazi 3 yaşı olarkən gözləri önündə şəhid olan anasının qisasını aldı
12-01-2021 17:11
"Qarabağı ana qucağında tərk edən körpələr böyüyərək 28 ildən sonra torpaqlarımızı düşməndən azad etdilər". Bu ifadəni son zamanlar tez-tez eşidirik. Bu, doğrudan da belədir. Ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin əksər iştirakçıları ötən əsrin 90-cı illərində doğulan uşaqlar idi.
Belə uşaqlardan biri də hazırda Gəncə şəhərindəki 2 nömrəli poliklinikanın uşaq həkimi işləyən Vüsal Kazımovdur. Kazımov Vüsal Allahverdi oğlu 1990-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Vüsalın üç yaşı olanda doğma yurdu Kəlbəcər düşmən işğalına məruz qaldı. Ailənin ağsaqqalı, 93 yaşlı Ələsgər baba oğlu Allahverdiyə uşaqları da götürüb kəndi tərk etməyi məsləhət gördü. Allahverdi isə tərəddüd edərək bütün ailənin - atası Ələsgər kişinin, qardaşı Sönməz Ələkbərin ailə üzvlərinin birlikdə yola çıxmalarını təkid edirdi. Axşamdan belə qərara gəldilər ki, Allahverdi öz uşaqlarını götürüb qonşularla birlikdə getsin, Ələkbər isə hələlik atası və uşaqları ilə gözləsin. Vəziyyət gərginləşərsə, onlar da Murov yolu ilə Gəncəyə gələrlər.
1993-cü il aprel ayının 2-də Allahverdi və həyat yoldaşı Naibə üç yaşlı oğulları Vüsalla onun səkkiz aylıq bacısı Fərqanəni qucaqlarına alaraq piyada çətin və ağır bir səfərə çıxdılar. Allahverdinin əmisi oğlu Məhəmməd Tağıyev və başqaları da onlarla yol yoldaşı idilər.Başlıbeldən Kəlbəcərə gedən dağ yolunda qarlı Ağcaqız yaylağından piyada getmək yolçuları əldən salmışdı. Dağ yolunda Başlıbel kəndindən çıxan bir neçə ailələrlə birləşib yol yoldaşı oldular.
Kəlbəcəri keçib Tərtər çayının kənarı ilə üzü Murova tərəf addım-addım irəliləyir, qarşıda isə onları nələr gözlədiyini bilmirdilər. Nadirxanlı kəndinə çatanda qabaqlarına üzü Kəlbəcərə tərəf gedən bir tank çıxdı. Tankla döngədə qəflətən qarşılaşmışdılar. Tankla aralarında iyirmi metr məsafə olanda tank dayandı. Tankın üstündə hərbi geyimli bir neçə nəfər var idi. Otuz beş kilometrdən çox yolu piyada gəlib əldən düşmüş dəstə də dayandı. Dəstədəki adamların hamısına nisbətən yaşlı olan Məhəmməd "Deyəsən ermənilərdir" - dedi. Çünki tankın üstündəkilərin danışığını eşitmişdi.
Bu zaman tankın üstündəki hərbçilərdən biri azərbaycanca "Qorxmayın, gəlin!"-dedi. Onun danışığından dərhal başa düşdülər ki, ermənilərdir. Məhəmməd ətrafa göz gəzdirib yalnız sol tərəf sıldırımlı dağlara qaçmaqla can qurtarmağın mümkün olduğunu düşündü. Pıçıltı ilə dəstədəkilərə dedi. Hərəniz uşaqlarınız ın birini götürüb sol tərəfə, güneyə dırmaşın. O təpəni aşa bilsək canımızı qurtara bilərik.
Dəstədə uşaq çox idi. Hərə bir uşaq götürüb soldakı sıldırım güneyə dırmaşdı. Tankın üstündəki hərbçi "Qayıdın,qayıdın!" -deyə bir neçə dəfə bağırdısa da hamı qayalıq güneylə yuxarı dırmaşmaqda davam etdi. Bu zaman tankın yanından avtomatla atəş açdılar. Kolluq əraziyə çatdıqlarından atılan atəşlərdən yalnız Allahverdinin həyat yoldaşı ,iki uşaq anası Naibə Kazımova ağır yaralandı. Artıq təpəni aşa bilmişdilər. Yara isti olduğundan Naibə təpəni özü aşa bildi. Ancaq daha yeriyə bilmirdi. Naibə Allahverdiyə "Mən gedə bilməyəcəyəm. Uşaqları da götür qaç. Ermənilər buraya çıxa bilməzlər. Uşaqları o tayda görünən kənddə qoyub qayıdarsan "-dedi. Başqa çarə yox idi. Naibəni bir kolun dibində uzandırıb yola düşdülər. Murovun ətəyindəki Yanşaq kəndinə çatanda Allahverdi uşaqları əmisi oğlu Məhəmmədə tapşırıb geri qayıtdı.Yolda bizim hərbçilər onun qabağını kəsdilər. "Getmək olmaz! Ermənilər Kəlbəcəri işğal edib" dedilər. Nə qədər yalvardısa da onu buraxmadılar. Beləliklə də Allahverdinin qardaşı Ələkbər, atası Ələsgər kişi, ailə üzvləri, altmış nəfər Başlıbel kənd sakini mühasirədə qaldı və həyat yoldaşı Naibə Alzaman qızı Kazımova şəhid oldu.
Həmin dəstədə gələn üç yaşlı Vüsal böyüdükcə yolda başlarına gələn faciə barədə onun yanında dəfələrlə söhbətlər oldu. O,anasının ölümündə ermənilərin günahkar olması qənaətinə gəldiyindən uşaqlıqdan işğalçılara qarşı nifrət hissi ilə böyüdü.
2020-ci il sentyabr ayının 27-də Vətən Müharibəsi başlayanda hərbi komissarlığa ilk müraciət edənlərdən biri də Vüsal oldu. "Sən uşaq həkimi işləyirsən, burada daha çox xeyir verə bilərsən",-deyib aparmaq istəmirdilər. Bu səbəbdən də Vüsal Müdafiə Nazirliyinə zəng edib onu cəbhəyə göndərməyi xahiş etdi. Zəngdən bir gün sonra hərbi komissarlıqdan onu dəvət edirlər və cəbhəyə göndərirlər.
Laçın rayonunda xidmət edərkən qələbə sorağını eşidib. Bütün əsgərlərimiz kimi Vüsalın da sevincinin həddi-hüdudu yox idi. Torpaqlarımızın düşmən tapdağı altındakı otuz illik əsirliyinə son qoyulmuş,bütün şəhidlərimizin, o cümlədən Kəlbəcər rayonunun Şahkərəm kəndində doğulmuş,qonşu kənd olan Başlıbel kəndinə gəlin köçmüş, böyük bir elin xətir-hörmətini qazanmış, onun üç yaşı olanda şəhid olan anası Naibə Kazımovanın da qisası alınmışdı.
Onun qəlbində özünə iyirmi yeddi il yeddi ayda ağır yük kimi yer eləyən bir yük birdən-birə götürülmüşdü. Özünü çox.gümrah hiss edirdi. Öz-özünə "Şükür Allaha! Arzum ürəyimdə qalmadı, anamın qisasını aldım"-deyə fikirləşir və az qalırdı ki, qanadlanıb doğulduğu Başlıbel kəndinə uçsun.
Vüsal Kazımov döyüşlərdə fəal iştirak etdiyi üçün Azərbaycan Prezidentinin fərmanına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. İndi Vüsal ordudan tərxis olinmuş,Gəncədəki sevimli peşəsini davam etdirməklə döğma Kəlbəcərə dönəcəyi günü səbirsizliklə gözləyir.
Oqtay Salahlı, Kəlbəcərdə çap olunmuş
"Yenilik" qəzetinin keçmiş əməkdaşı
Dalidag.az

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 12-01-2021 17:11
Baxış sayı: 22 541
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23