Reklam
Sübhi Kazımov: "Azad olunmuş ərazilərdə məhkəmə və ədliyyə strukturlarının fəaliyyəti bərpa olunur"
25-01-2021 17:00
Dalidag.az xəbər verir ki, bu barədə Qarabağ Regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov məlumat verib.
2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən S.Kazımovun sözlərinə görə, ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə işlər görülür:
"Ölkə başçısının Fərmanı ilə əlaqədar işğal olunmuş ərazilərlə bağlı müvafiq addımlar atılır. Ədliyyə nazirinin əmri ilə 12 noyabrda Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradıldı. Artıq həmin ərazilərdə məhkəmə və ədliyyə strukturlarının fəaliyyətinin təmin edilməsi üçün iş aparılır".
S.KAzımov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın ölkənin ədliyyə nazirinə, prokuroruna və çoxsaylı beynəlxalq təşkilatlara müraciət edilib:
"Müraciətlərdə erməni terrorçularını törətdiyi qeyri-insani əməllər, xüsusilə Cenevrə Konvensiyasının müddəalarının pozulması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu əməlləri törədənlərin cəzalandırılmasının vacibliyi də vurğulanıb".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 25-01-2021 17:00
Baxış sayı: 3688Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























