Reklam
"Xoşbəxt günlərdə" Vüqar Səfərlinin yanında olub "qorxma-qorxma" deyirdiniz, nə oldu?
25-01-2021 12:38
Namiq Dəlidağlı
Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli damlanandan sonra uzun illər onunla birlikdə medianın “evini yıxanların” bəziləri dil açıb, indi başqa “hava çalırlar”, V. Səfərliyə qarşı ittihamlar irəli sürürlər. Sözsüz ki, abrına qısılıb susanlar da var.
Dil açanlar sanki illərdir, Vüqar Səfərlinin çapıb-taladığını, çörəyi qələmdən çıxan kəsimin haqqına girdiyini bilməyiblər, "xoşbəxt günlərdə" onun yanında olub "qorxma-qorxma, biz səninləyik" söyləməyiblər.
Susanları başa düşmək olar. Amma ittiham uğrunda yarışanlara bir neçə kəlmə deməyin yeri var... Çünki məhz onlar hər şeyi biliblər də, görüblər də...
İllərdir ki, sizlərin gözü görə-görə və iştirakınızla uzun müddət jurnalistika sahəsində külüng çalan vicdanlı qələm sahiblərinin haqları əllərindən alınıb. Yaşadığı mənzilin kirayə haqqını ödəyə bilməyib, bir ildə beş dəfə ünvanını dəyişən əsl qələm sahiblərinin miskin durumunu da görmüsünüz. Onların mənzil almaq haqqının üstündən sizin iştirakınız və şahidliyinizlə Vüqar Səfərli tərəfindən xətt çəkilib, bir masada oturduğunuz, xarici səfərlərdə olduğunuz, qonaqlıqlarda iştirak etdiyiniz “filankəslərin” katibəsinə və texniki işçilərinə bağışlanıb. Ona görə susurdunuz ki, bu və ya digər şəkildə hamınız bütün bu qanunsuzluğa, özbaşınalığa şərik idiniz, Vüqar Səfərli ilə həmfikir idiniz. Çünki hər yerdə tamahınız vicdanınızı kölgədə qoydu. Cibinizə axan sərvətlər, xarici səfərlər, ziyafətlər ağzınızı bağlamağa yetirdi. Bakıda iki-üç yerdə evi, hektarlarla torpaq sahəsi olan həmkarlarınızı da yaxşı tanıyırsınız. Ancaq heç biri təkrar mənzil sahibi olanda cınqırınızı çıxarmadınız. Keçirilən bütün müsabiqələrdə tapşırıq, qabaqcadan “razılaşmalar”, “faiz” məsələsini də hamınız yaxşı bilirdiniz.
Ümumiyyətlə, xeyli müddətdi bəzi jurnalist qurumlarına, dövlət tərəfindən maliyyələşdirilən redaksiyalara yararsız adamlar başçılıq edir və onlar sanki toxunulmazlıq statusuna malikdilər. Halbuki, həmin adamlar azad mediaya, müstəqil jurnalistlərə qarşı gizli və aşkar şəkildə həmişə mübarizə aparırlar, mane olurlar. Hər yerdə həmişə bu "bütləşdirilmiş" simalar görünür və bu sahəni tam inhisarlarında saxlamağa çalışırlar. İllərdir ki, ayrılan yardımlar, keçirilən müsabiqələr də eyni redaksiyalara yönəlir, qalib yerlər də həmin qəzetlərin əməkdaşlarına verililir. Bir sözlə, bu sahədə mafiyoz şəbəkə formalaşıb və dərinə kök atıb.
Şəxsən tanıdığım, jurnalistikaya dəxli olmayan, ancaq bütün titullara sahiblənən, bu sahədən barınan adamlar var ki, bu gün müstəqil medianın siması kimi təqdim edilir. Bu üzqaraları istedadlı qələm sahiblərinin yolunu kəsməklə bərabər, müstəqil, azad mətbuatımızın inkişafına da əngəl törədirlər. Çünki yazı-pozusu, yaradıcılığı olmayan insanın dəxli olmayan işdə ancaq istəyi çalıb-çapmaq, oğurlayıb-talamaq olur.
Bildiyimiz kimi, artıq iki dəfə jurnalistlərə təmənnasız mənzillər paylanılıb. Ancaq bu addım bəzi hallarda heç də birmənalı qarşılanmadı, eləcə də xeyli narazılıqlara da səbəb oldu. Pulsuz mənzillərin paylanmasını bəzi dairələr hakimiyyətin jurnalistləri özündən asılı vəziyyətə salması kimi dəyərləndirdi. Narazılıqların yaranmasına səbəb isə mənzillərin bölgüsünün düzgün aparılmamasını, daha çox haqqı olan qələm adamlarının kənarda qalmasını göstərə bilərik. Həqiqət naminə, uzun müddətdir bu sahədə çalışan adam kimi, ölkə başçısının bu addımını mətbuatımıza dəstək, jurnalistlərimizə dəyər kimi qiymətləndirirəm. Ancaq bu nəcib iş “vüqarların” yalnış və haqsız siyasətinin fonunda gözdən salındı, perspektivsiz addım kimi göründü, yüz yerə yozumu oldu. Mətbuatda qütbləşmə, tayfalaşma, ayrı-seçkilik əmələ gəldi. "Sifarişli jurnalistika məktəbi" yarandı. Azad mətbuatın inkişafına qarşı çıxıldı.
Bu sahədə deyiləsi, yazılası məqamlar çoxdu. Həllini gözləyən çox ciddi məsələlər var.
Bildiyiniz kimi, bu günlərdə dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək onun bazasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Fərmanda bildirilir ki, Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.
İnanıram ki, Fərmanda göstərilən bu və digər məsələlər formalaşan yeni qurumun fəaliyyətində öz əksini tapacaq, rüşvətxorluğa, korrupsiyaya, özbaşınalığa yol açan bütün neqativ hallar aradan qaldırılacaq! Sözün həqiqi mənasında müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılacaq. Ona da inanıram ki, Prezidentin etimad göstərdiyi Əhməd İsmayılov sələfinin "çətin və keşməkeşli" yolu ilə getməyəcək, müasir mediamızın inkişafı yolunda vicdanla çalışacaq!
Dalidag.az

Kateqoriya: Manşet / Yazarlar
Tarix: 25-01-2021 12:38
Baxış sayı: 2602
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02