Reklam
Qənirə Paşayeva kəlbəcərli qazi ilə görüşdü -ŞƏKİL
26-01-2021 13:38
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi (AVMVİB) Kəlbəcər rayon şöbəsinin üzvü, I Qarabağ müharibəsinin qazısı İlqar İsgəndər oğlu Quliyevlə Milli Məclisdə görüşüb.Dalidag.az-ın məlumatına görə, millət vəkili qazini tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Əziz qazimiz, siz I Qarabağ müharibəsinin iştirakçısı olmusuz, 27 sentyabrda Vətən Müharibəsi başlayınca, AVMVİB fəallarından biri olaraq, daim əsgərlərimizin yanında olmuş, onlara mənəvi dayaq durmusuz. Siz arxa cəbhənin öncəbhəyə könüllü dəstəyinin də fəallarından biri kimi tanınırsız.
Qəhrəman Ordumuz, dövlət-xalq birliyi ilə torpaqlarımızı Ermənistanın işğalından azad etdi, xalqımızın 30 illik həsrətinə son qoydu.
Vətən Müharibəsində fədakarlıqla iştirak edərək şəhid olan Vətən oğullarına Tanrıdan rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfərin qazanılmasında öz mənəvi dəstəyi ilə seçilən sizlərə bir daha təşəkkür edir, sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edirəm”!
Q.Paşayeva İ.Quliyevə Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.
İ.Quliyev səmimi görüş üçün Komitə sədri Q.Paşayevaya təşəkkür edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-01-2021 13:38
Baxış sayı: 3690Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























