"Dəyərli dostlar, xeyli zamandır dostumuz, Milli hakimiyyətin daxili işlər naziri, general İsgəndər Həmidov barəsində sosial şəbəkələrdə əsassız söz-söhbətlər gedir. Tam səmimiyyətlə bildirirəm ki, bu söhbətlər ya məlumatsızlıqdan, ya da qəsdən yayılır. Qəsdən edilən bəyannamələrlə işim yox, səmimi yanılan dostlara faydalı ola biləcək bilgilər çatdırmaq istərdim". Dalidag.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, həkim-cərrah Adil Qeybulla İsgəndər Həmidovun səhhətilə bağlı

Dalidag.az Afaq Məsudun hekayəsini təqdim edir: ÇOVĞUN N eçə vaxt idi, pişik özü öz quyruğundan qorxurdu. Hara gedirdi, quyruğu dalınca sürünürdü. Nə qədər eləyirdi, onu yerdən ayıra bilmirdi. Quyruğu elə bil özününkü deyildi, tüklü, cansız ip kimi ardınca sürünürdü. Onu bir neçə gün bundan əvvəl Səkinə arvad əzib bu kökə salmışdı. Bir neçə gün bundan əvvəl pişik mətbəxdə dilini kasaya batıra-batıra su içəndə Səkinə arvadın, bəlkə, bütün bədənindən, boy-buxunundan da iri, çəkməli ayağı lay

Bugünkü dünyada əyləncə xarakterli balaca uçuş aparatlarından (dronlardan) sərnişin və ekipaj üzvləri daxil olmaqla 960 nəfəri daşıya bilən Airbus A380 təyyarəsinə qədər o qədər çox uçuş alətləri, o qədər çox uçuş vasitələri icad edilib ki gəl görəsən... Hətta günümüzdə ən etibarlı nəqliyyat hava yolu və təyyarələr hesab edilir. Bəs görəsən ilk dəfə uçmaq istəyən kim olub? Ya da ilk dəfə insanın səmada quşlar kimi süzülərək uçması nə vaxt və harada reallaşıb? İlk dəfə belə bir təcrübəni kim

...Saçımı,başımı qocaltdı illər, Sənlə dolu qəlbim qocalmadı ki. Bir az da yaşımı qocaltdı illər, Sənə olan sevgim qocalmadı ki... Dalidag.az Kəmalə Abiyevanın şeirlərini təqdim edir: MƏNİ BAĞIŞLAMA Nə olsun qayıtdım, əlindən tutdum Nə olsun ki sənə”bağışla” dedim. bağışlama məni, qurbanın olum, Məni bağışlama, qoy çıxım gedim. Baxma sevgi dolu baxışlarınla, Mən sənin dünyanı yıxıb getmişəm. Sən həsrət qaldığın baxışlarıma Özgə bir həsrəti yığıb getmişəm. Sənin üzündəki qəmin izləri mənim

B ataqlıqlı düzənlikdə hərəkət yox idi, sadəcə, gecə mehi qısa otları tərpədirdi. Artıq uzun illərdir ki, böyük kor səma qalxanının altından bir quş belə uçmamışdı. Lap çoxdan bir neçə balaca daş xırdalanıb toza çevriləndə özlərini canlı kimi aparmışdılar. İndi bu çöllükdə yalnız gecənin özü tənha tonqala sarı əyilmiş iki kişinin qəlbində tərpənirdi. Qaranlıq onların damarlarına ehtiyatla dolur və onların gicgahları ilə biləklərində sakitcə döyünürdü. Tonqalın işığı onların saç-saqqallı

Aparılan yeni araşdırmanın nəticələrinə görə, homo erektuslar 100 min il əvvələ qədər İndoneziyada yaşayıb. Müasir insanların ən qədim əcdadları olan bu növ ağır iqlim şərtləri səbəbindən yoxa çıxıb. Balıqçılıqla məşğul olan müasir insanlar 40 min il əvvəl İndoneziya yaxınlığındakı Yava adasına ayaq basanda yağışın bol düşdüyü meşələrlə qarşılaşdı. Lakin onlar bu adada məskunlaşmaq istəyən ilk insanlar deyildi. Onların qədim əcdadları erektuslar Yavanın quru ərazilərdən qopmadığı illərdə

Sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndilməsi ilə bağlı yayılan məlumatlara Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib. Dalidag.az xəbər verir ki, baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb. Onun kimsəsiz olması ilə bağlı deyilənlərə cavab

Dekabrın 25-i saat 15:00-da “Holiday İnn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi türk və fransız dillərində ictimaiyyətə təqdim olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 20-də Abşeron rayonunda məcburi köçkünləri qəbul edib. Dalidag.az -ın məlumatına görə qəbulda Abşeronda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi

Brüsseldə mənzillənən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair sensasion faktlarla dolu hesabat yayıb. Dalidag.az xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş hesabata əsasən erməni işğalçıları nəinki Dağlıq Qarabağın inzibati ərazisində, eləcə də ətraf rayonlarda məskunlaşmanı sürətlə davam etdirir. Hətta elə vəziyyət yaranıb ki, işğal altındakı Qubadlı rayonunda əkinə yararlı bütün torpaq sahələri zəbt olunub, nəticədə işğal altındakı
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024