Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Canımı qıldım fəda...” adlı poeziya axşamı keçirilib. Dalidag.az -ın məlumatına görə tədbir çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə Özbəkistanın və Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri, nəsimişünas alimləri iştirak edib. Tədbir

"Çox qəribədir, deputatlığın ağrı-acısını dadmayan, deputatlığın nə olduğunu bilməyən və bilənlərdən soruşmayan bir xeyli soydaşımız deputatlıq eşqinə düşüb sağına-soluna baxmadan meydan sulayır." Dalidag.az xəbər verir ki, bunu Əməkdar jurnalist, AJB və AYB-nin üzvü Əlövsət Ağalarov söyləyib. Ə.Ağalarov fikrini belə davam etdirib: " Əzizlərim, siz düşündüyünüz qədər sadə, asan bir iş deyil deputatlıq. Bəlkə də, deputat sözü adi bir termin kimi cəlbedici, gəl-gəl deyən gözəl təsiri bağışlayır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 dekabr 2019-cu tarixinə 3888 nəfərdir. Dalidag.az xəbər verir ki, Dövlət Komissiyasının İşçi qrupundan modern.az-a verilən məlumata görə, itkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718 nəfərdir. Ümumilikdə itkinlərin 3662 nəfərini kişilər, 266

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb. Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb. "Mən Etika komitəsindən məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni təhlil etməyi xahiş etdim. Hələlik mən ona evə qayıtmaq barədə göstəriş vermişəm", - deyə nazir yazıb. “Ateneo” mağazasının müşahidə kameraları

Dalidag.az Sayman Aruzun hekayəsini təqdim edir: POSTMODERN AZADLIQ Y ağış şırhaşırla yağırdı. Tövlənin damına tökülən damlalar içəri süzülüb başımıza tökülmək üçün bir-birilə dalaşırdılar. Sol tərəfimdəki şüşəsiz pəncərədən bayırı görə bilirdim. Gözəl idi. Amma bizə yağış gözəllik demək deyildi. Üstümüzdəki və tövlədəki qığlarla peyinləri birləşdirib damdan daman sularla gözümüzə səpirdi. Yağış yağanda tövlədə yaşadığımı bütün vücudumla hiss edirdim. Soyuq olurdu və anam məcbur qalırdı məni və
Yazı axını
 
29 / 04 / 2024