Sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndilməsi ilə bağlı yayılan məlumatlara Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib. Dalidag.az xəbər verir ki, baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb. Onun kimsəsiz olması ilə bağlı deyilənlərə cavab

Dekabrın 25-i saat 15:00-da “Holiday İnn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi türk və fransız dillərində ictimaiyyətə təqdim olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 20-də Abşeron rayonunda məcburi köçkünləri qəbul edib. Dalidag.az -ın məlumatına görə qəbulda Abşeronda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi

Brüsseldə mənzillənən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair sensasion faktlarla dolu hesabat yayıb. Dalidag.az xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş hesabata əsasən erməni işğalçıları nəinki Dağlıq Qarabağın inzibati ərazisində, eləcə də ətraf rayonlarda məskunlaşmanı sürətlə davam etdirir. Hətta elə vəziyyət yaranıb ki, işğal altındakı Qubadlı rayonunda əkinə yararlı bütün torpaq sahələri zəbt olunub, nəticədə işğal altındakı

Ermənistanın hərbi araşdırmalar mərkəzinin elmi-araşdırma departamentinin rəhbəri, hərbi ekspert Leonid Nersisyan “İcmal” verilişinin efirində sensasiyalı iddia ilə çıxış edib. Dalidag.az xəbər verir ki, erməni hərbi ekspert hakimiyyətdəki etibarlı mənbələrə istinadla Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gəldiklərini iddia edib. “Bir sıra məsələlər üzrə tərəflər ümumi razılığa gəliblər. Ancaq mən detalları açıqlaya bilmərəm”, - deyə Nersisyan qeyd edib. Bununla

“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 1973-cu ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Nəsimi” kinosu bərpa edilib. Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında yenilənib. Təqdimat dekabrın 20-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Dalidag.az
Yazı axını
 
29 / 04 / 2024