"Müharibənin əleyhinəyəm, amma Qarabağ Azərbaycan torpağı idi və belə də qalmalıdır" Dalidag.az xəbər verir ki, bunu diaspor.info saytına müsahibəsində azərbaycan əsilli erməni Hrant Qudmanyan deyib. O, Ukraynanın Ujqorod şəhərində yaşayır. Azərbaycan SSR Vartaşen (indiki Oğuz) şəhərində anadan olub. Bakı hərbi məktəbində oxuyub. Azərbaycan dilində yaxşı danışır. Azərbaycanı vətəni adlandırır və iki dəfə televiziya reportajında vətəni üçün canını verməyə hazır olduğunu bildirib. Ukraynada

Hələ sağlığında müasirləri onu “aramızda gəzən dahi” deyə çağırırdılar. Özünün bundan xəbəri yoxdu. Bilsəydi inciyərdi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, daxili aləminin işığı duyulan nadir gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək “İşləyirik də... hələ çox şey eləmək lazımdı” deyib söhbətin yönümünü dəyişməyə çalışardı. Sağlığında bu cür şəksiz təsdiq, ölməzlik qazanmaq tək-tək adama qismət olur. El məhəbbətini qazanmaq asan deyil. Səttar Bəhlulzadə

Ərgün Dilər “Takvim”, Türkiyə, 14 dekabr 2019-cu il Bu həftə, yəni bu axşam “Yaz-poz”un manşetlərindən biri Karaköydə öldürülən son “Ceyms Bond” – Ceyms Qustav Edvard Le Mezuryedir. Proqramda başqa baxış bucağından yanaşılan bir Le Mezurye görəcəksiniz. Dünyanın ağıllı mərkəzlərində təqribən bir aydır müzakirə olunan mövzu bu agentin ortadan qaldırılma hadisəsidir. Türkiyədə isə zaman sürətlə axır. Çox şeyi anlamadan üstündən keçmə, unutma kimi bir istəyimiz, meylimiz vardır. Halbuki burnumuzun

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Dalidag.az bildirir ki, ad günü təəssüratlarını modern.az-la bölüşən 73 yaşlı qələm adamı o günü xatırlamasa da, əzablı gün olduğunu səmimi gülüşü ilə ifadə edib: “Dünyaya gəldiyim günün vəziyyətini xatırlamasam da, çox əziyyətli olduğunu dəqiq bilirəm. Bu gün mənim istirahət günümdür. Bu gün nə yazıram, nə danışıram, ancaq deyilənlərə qulaq asıram”. Səhərdən çoxsaylı dost təbrikləri qəbul edən R.Rövşən bundan məmnun olduğunu və onu xatırlayan hər

Tarixin ən məşhur mərclərindən biri Kleopatra ilə onun romalı sevgilisi Mark Antoni arasında baş tutmuşdu. Kleopatra Antoni ilə belə bir mərc edir: məşhur çariça bütün bir şam yeməyi ərzində şərab içəcək və sərxoş olmayacaqdı. Mark mərci dəyərləndirir və perspektivlərinin geniş olduğunu düşünərək razı olur. Lakin o bilmirdi ki, hiyləgər Kleopatra onu aldadacaq. Şam yeməyinin əvvəlində masaya şərab sirkəsi ilə dolu qədəy qoyulur. Bu zaman Kleopatra qulağındakı iri mirvarili sırğasını çıxararaq

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənov “Azərbaycan dövlətini beynəlxq miqyasda uğurla təmsil etdiyinə görə” “Xəzər” Milli Mükafatı ilə təltif edilib. Dalidag.az -ın məlumatına görə dünən Bakı Biznes Mərkəzində baş tutan təqdimat mərasimində Milli Məclisin deputatları, yüksək rütbəli məmurlar, ictimai xadimlər, TV-lər və KİV-lər iştirak
Yazı axını
 
29 / 04 / 2024