Reklam
Eldar Həsənov “Xəzər” Milli Mükafatı ilə təltif edilib
15-12-2019 09:54
Dalidag.az-ın məlumatına görə dünən Bakı Biznes Mərkəzində baş tutan təqdimat mərasimində Milli Məclisin deputatları, yüksək rütbəli məmurlar, ictimai xadimlər, TV-lər və KİV-lər iştirak edib.
Tədbiri giriş sözü ilə açan tanınmış teleaparıcı Günay Malikqızı bildirib ki, Sosial Media Mərkəzi “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyi ilə birlikdə ənənəvi olaraq hər ilin yekununda öz fəaliyyəti ilə seçilən şəxsləri təltif edir və onlara mükafatlar təqdim edir.
Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyev bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizin inkişafına öz tövhəsinə verən şəxsləri stimullaşdırmaq, onları bu istiqamətdə fəaliyyətə ruhlandırmaqdır: “Təltif olunanlar arasında millət vəkilləri, məmurlar, rektorlar, ictimaiyyət fəalları, TV və mətbuat orqanları, o cümlədən gənclər var”.
Daha sonra “Xəzər” Milli Mükafatı qaliblərə təqdim olunub. Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənovun adından mükafatı Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov qəbul edib.
Dalidag.az

Kateqoriya: Karusel / Sosium
Tarix: 15-12-2019 09:54
Baxış sayı: 3634Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar






























