Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə

Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamıdır. O, çoxşaxəli ədəbi-bədii yaradıcılığı ilə ədəbi dilimizin və poeziyamızın zənginləşməsində böyük xidmətlər göstərmişdir. Uzun və zəngin bir yaradıcılıq yolu keçmiş ədib poeziya yaradıcılığı ilə paralel olaraq bədii publisistika sahəsində də

Dalidag.az Təranə Vahidin bir hekayəsini təqdim edir: VAĞZALDAKI QARI O , hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi... Bir-birlərini yaxından görməsələr, səslərini eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruqsaçlı bir oğlan

Bu gün Türk dünyasının böyük şairi, varlığı ilə sözə bağlı, təpədən-dırnağa SÖZ adam Məmməd Aslanın doğum günüdü. Yaşasaydı 80 illik yubileyini qeyd edəcəkdi... təəssüf ki, bu günü onsuz qeyd edirik. Ruhu şad olsun Uca Şairin! Məmməd Aslan 1939-cu il dekabın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə
Yazı axını
 
 
29 / 04 / 2024